Doğuş zamanı ölən ananın qohumu: Onu öldürdülər - VIDEO

Doğuş zamanı ölən ananın qohumu: Onu öldürdülər - VIDEO
Bütün Xəbərlər
10:54 05.02.2015
1563

Faktla bağlı araşdırmalara başlanılıb.

Lənkəranda doğuş zamanı ana ölümü qeydə alınıb. Üçüncü körpəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən Rəhimə Nuriyeva elə əməliyyat masasındaca dünyasını dəyişib.AZXEBER.COM xəbər verir ki, ANS TV-nin Lənkəran bürosunun məlumatına görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Cəlilabad rayonun Alar kənd sakini 29 yaşlı Rəhimə Nuriyeva qeysəriyyə yolu ilə uşaq dünyaya gətirdikdən az sonra dünyasını dəyişib. Mərhumun yaxınları ana ölümünə görə həkimləri günahkar bilir.

Mərhumun qohumu Bəxtiyar Nuriyev deyir ki, Rəhimə Nuriyeva xəstəxanaya gətirilərkən onda qanaxma olub: "Tədbir görmədən əməliyyat olunsun deyə narkoz verdilər. Nəticədə dünyasını dəyişdi".

Qohumlarının sozlərinə görə, Rəhimə Nuriyevanın vəziyyəti doğuşa qədər normal olub. Bundan əvvəl üç yaş yarımlıq qızı və yaş yarımlıq oğlu olan ana dünyaya gələcək üçüncü uşağına Həsən adını da özü verib. Amma qeysəriyyə yolu ilə dünyaya gətirilən körpənin səhhətində heç bir ağırlaşma müşahidə olunmasa da, ana əməliyyatdan sağ çıxmayıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədovun verdiyi məlumata görə, Rəhimə Nuriyeva ciftin tam ayrılması, hemoragik şok, 30-35 həftəlik hamiləlik diaqnozu ilə doğum şöbəsinə gəlib. Vəziyyətin ağırlığı nəzərə alınaraq təcili əməliyyata götürülüb.

Mama ginekoloq Mehparə Rufullayevanın apardığı əməliyyat zamanı körpənin həyatı xilas olunsa da, ana dünyasını dəyişib. İlkin versiya kimi ölümə kəskin qanaxma və ağ ciyər arteriyası tromboembeliyasının səbəb olduğu deyilir.

Faktla bağlı Lənkəran Rayon Prakurorluğunda araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR