DPA: Leypsiqdə uzaqmənzilli qanadlı raketlərin istehsalına başlanacaq

DPA: Leypsiqdə uzaqmənzilli qanadlı raketlərin istehsalına başlanacaq
DÜNYA
08:33 06.10.2026
128
ABŞ-İsrail müdafiə şirkəti "Covenant” Almaniyanın şərqində yerləşən Leypsiq şəhərində uzaqmənzilli qanadlı raketlərin istehsalı üçün müəssisə açıb.

DPA agentliyinin şirkətə istinadən verdiyi məlumata görə, "Anthem” raket komplekslərinin istehsalına 2027-ci ildə başlanılması planlaşdırılır.

Şirkətin planına əsasən, Saksoniyadakı istehsal sahəsində ilk il ərzində 1000 ədəd raket kompleksinin buraxılması nəzərdə tutulur.

İkinci ildə isə istehsal həcminin 5 min ədədə çatdırılması planlaşdırılır.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR