Dörd köpəyin insana hücumu videoya çəkildi

Dörd köpəyin insana hücumu videoya çəkildi
Bütün Xəbərlər
09:55 04.05.2013
1466
Avstraliyanın Melburn şəhərinin 52 yaşlı sakini Tet dörd böyük köpəyin hücumuna məruz qalıb.AZXEBER.COM-un məlumatına görə, xaltasız küçədə dolaşan qorxunc itlər kişini dövriyyəyə alaraq ona hücum çəkiblər. Kişi köməyə çağırmağa başladıqda ona iki nəfər yaxınlaşıb.Ancaq onlar hər hansı kömək əvəzinə hadisəni kameraya çəkməyə başlayıblar. 15 dəqiqədən sonra qonşu binanın gözətçisi köməyə gəldikdən sonra itləri qovmaq mümkün olub.Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan kişinin üzərindıə əməliyyat həyata keçirilib. "Mənim atama itlərin dişləməsindən daha çox heç kimin ona kömək etmək istəməməsi pis təsir edib. O, hündür qüvvətli bir kişidir. Əgər onun yerində uşaq olsaydı, itlər onu gəmirərdilər", - deyə həmin şəxsin oğlu bildirib.
OXŞAR XƏBƏRLƏR