Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi

Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
İQTİSADİYYAT
16:06 21.09.2026
807

Ölkənin Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətinin daha da artdığı bir dövrdə, Azərbaycan Hava Yolları son aylarda regiondakı marşrut şəbəkəsinə Şımkent, Atırau və Aktöbə istiqamətlərini əlavə edərək Mərkəzi Asiyada uçuş coğrafiyasını 10 istiqamətə çatdırıb. Dörd ölkəni əhatə edən bu şəbəkə üzrə həftədə ümumilikdə 47 reys yerinə yetirilir. 2026-cı ildə bu istiqamətlər üzrə 400 000-ə yaxın sərnişin daşınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35% artım deməkdir.

 

Qazaxıstan hazırda Azərbaycan Hava Yollarının regionda ən geniş uçuş coğrafiyasına malik olduğu ölkədir: Almatı, Astana və Aktau gündəlik, Atırau həftədə dörd, Şımkent və Aktöbə isə həftədə üç dəfə uçuşlarla əhatə olunur - ölkə üzrə həftəlik ümumi rəqəm 31 reysə çatır. Altı şəhərə birbaşa hava əlaqəsi işgüzar səfərlər, ailə ziyarətləri və turizm məqsədli səyahətlər üçün çevik seçim yaradır. Özbəkistanda isə Daşkəndə gündəlik, Səmərqəndə həftədə iki dəfə həyata keçirilən reyslərlə həftəlik 9 uçuş təmin olunur, Qırğızıstanın paytaxtı Bişkek və Tacikistanın paytaxtı Düşənbə isə hər biri həftədə 4 reyslə şəbəkəni tamamlayır.

 

Mərkəzi Asiya marşrutları təkcə Bakıya səyahət edənlər üçün deyil, Bakı üzərindən digər beynəlxalq istiqamətlərə keçid edən sərnişinlər üçün də əhəmiyyətlidir. 2026-cı ildə bu marşrutlarda Bakı üzərindən tranzit keçən sərnişinlərin sayı 58 734 nəfər olub, bu da Bakı hava qovşağının Mərkəzi Asiya ilə Avropa/digər istiqamətlər arasında körpü rolunu gücləndirir.

 

Sərnişinlər azal.az saytı və ya mobil tətbiq vasitəsilə bilet alışı, baqaj və oturacaq seçimi kimi xidmətlərdən yararlana, AZAL Miles proqramı ilə mil toplaya bilirlər. Özbəkistanlı sərnişinlər üçün "Uzum Bank” əməkdaşlığı çərçivəsində "HUMO” və "Uzcard” kartları ilə ödəniş imkanı da mövcuddur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı artdı
06:33 07.11.2026
Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı artdı
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
06:23 07.11.2026
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
06:13 07.11.2026
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
12 müxalifət partiyası Paşinyana qarşı birləşdi
06:03 07.11.2026
12 müxalifət partiyası Paşinyana qarşı birləşdi
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
05:53 07.11.2026
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
İran danışıqlardan əvvəl ABŞ-dən addımlar gözləyir
05:43 07.11.2026
İran danışıqlardan əvvəl ABŞ-dən addımlar gözləyir
BMT: 90 milyona yaxın köçkün insan iqlim riskləri ilə üz-üzədir
05:33 07.11.2026
BMT: 90 milyona yaxın köçkün insan iqlim riskləri ilə üz-üzədir
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
05:23 07.11.2026
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
05:13 07.11.2026
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
05:03 07.11.2026
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
04:53 07.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
04:43 07.11.2026
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
04:33 07.11.2026
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
04:23 07.11.2026
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
04:13 07.11.2026
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
04:03 07.11.2026
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub