Hadisə Bakıda baş verib.
Bakı şəhərinin Xətai rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbədəki mənzilinin eyvanından yıxılaraq köməksiz vəziyyətdə qalıb.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə xilasedicilər cəlb olunublar. Onlar vətəndaşa müvafiq köməklik göstərərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:21-də başa çatıb.