DSMF əməkdaşı rüşvət alarkən tutulubmuş - Rəsmi açıqlama

SOSİAL
16:45 22.05.2020
716
Baş Prokurorluq Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı rəsmi məlumat yayıb. 

AZXEBER.COM-a daxil olan məlumatı təqdim edirik:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon Şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində DSMF-nin Ağdaş rayon şöbəsinin məsləhətçisi Məharət Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərinə zidd olaraq vətəndaşa sosial yardım verilməsinə köməklik göstərilməsi müqabilində onun yaxın qohumundan 1000 manat pulu rüşvət tələb edərək, həmin pulun bir qismini aldığına şübhələr üçün əsaslar müəyyən olunub.

Baş İdarənin əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində M.Əhmədov həmin məbləğin qalan hissəsini 21 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

M.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:44 29.09.2020

Məktəblilərdən Milli Ordumuza dəstək aksiyası - VİDEO

14:43 29.09.2020

Mövlud Çavuşoğlu Azərbaycanın Ankaradakı səfirliyinə gəldi

14:40 29.09.2020

Ordumuz üçün könüllü qan verənlər izdiham yaratdı - FOTO

14:29 29.09.2020

Müdafiə Nazirliyi: "Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub"

14:23 29.09.2020

Ordumuz tərəfindən öldürülən erməni komandirinin vəsiqəsinin fotoları yayılıb - FOTO

14:19 29.09.2020

XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət edir

14:09 29.09.2020

Rusiya Dövlət Dumasından Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BƏYANAT

14:04 29.09.2020

Raquf Orucovun həyat yoldaşı: “Azərbaycan ordusu yeni tarix yazır”

14:03 29.09.2020

İlham Əliyev: Jurnalistlər həbsxanada ölür, siyasi müxalifət sıxışdırılır

13:57 29.09.2020

Rusiyaya aid yük maşınlarının Ermənistana keçirilməsi dayandırıldı

13:54 29.09.2020

İran XİN: “Silah aparılması üçün ölkəmizin ərazisindən istifadə edilməsinə əsla icazə vermərik”

13:44 29.09.2020

İlham Əliyev: “Beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan dayandıracaq”

13:40 29.09.2020

Angela Merkel İlham Əliyevə zəng edib

13:38 29.09.2020

Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana təcavüzü onların öz ərazisindən də həyata keçirilir"

13:38 29.09.2020

Ordumuzun dron-kamikadzesinin gizlənməyə çalışan düşmənləri məhv etməsinin görüntüləri - ANBAAN VİDEO

13:36 29.09.2020

“Ermənistan ordusunun alay komandiri ağır yaralanıb”

X Mostbet