DSMF-nin keçmiş vəzifəli şəxslərinə cinayət işi açıldı

DSMF-nin keçmiş vəzifəli şəxslərinə cinayət işi açıldı
SOSİAL
11:27 22.01.2021
503
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilmişdir ki, DSMF-nin Qusar rayon şöbəsində vəfat etmiş və digər səbəblərə görə kart hesabları bağlanılmamış pensiyaçıların, habelə, əvvəlki dövrlərdə ailə başçısını itirmə növünə görə təyin olunmuş pensiya işləri üzrə ödəniş müddəti bitmiş vətəndaşların, eləcə də yaşlı və xəstə olmaları səbəbindən pensiyalarını bankomat vasitəsi ilə nağdlaşdıra bilməyən cəmi 47 vətəndaşın plastik kartlarına əsassız olaraq ümumilikdə 480 min manat pul vəsaiti köçürülərək ələ keçirilib.

Toplanmış sübutlarla cinayət hadisəsinin baş verdiyi dövrdə DSMF-nin Qusar rayon şöbəsinin müdirləri işləmiş Arif Tahirov və Azər Cəbrayılov, həmin şöbənin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş Mətanət  Əhmədova, habelə Qusar rayonu, Gündüzqala Poçt şöbəsinin müdiri vəzifəsində işləmiş Nasir Abdullayev Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı vurulmuş ziyanın 268 min manat məbləğində olan hissəsinin  ödənilməsi təmin edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Murad Rusiyaya məxsus kanalların yayımının dayandırılması üçün çağırış etdi
23:58 01.07.2025
Murad Rusiyaya məxsus kanalların yayımının dayandırılması üçün çağırış etdi
Bakıda saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib
23:48 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
23:21 01.07.2025
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO