Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
DSX-nın mətbuatxidmətindən AZXEBER.COM-a verilən məlumata görə, konfrans zamanımüdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində Azərbaycançılıq ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin formalaşdırılması və xalqımızın müstəqillik arzusuna çatması istiqamətində dahi öndər Heydər Əliyevin tarixi xidmətləri geniş işıqlandırılıb, milli dövlətçiliyin məhvinə yönələn bütün qəsdlərin qarşısının qətiyyətlə alınması üçün taleyüklü qərarlarının əhəmiyyəti xüsusi qeyd olunub.
Konfrans çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadənin “Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvoludur”, Musa Qasımlının “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti”, DSX rəisinin şəxsi heyət üzrə müavini general-mayor Azad Ələkbərovun “Heydər Əliyev milli sərhəd mühafizəsi strategiyasının banisidir” mövzularında məruzələri dinlənilib.
Çıxışlardaümummilli liderH. Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin formalaşdırılması və inkişafındakı müstəsna xidmətləri, DSX-nı yaratmaqla Azərbaycan dövlətinin öz sərhədlərini müstəqil mühafizə etmək qətiyyətini və imkanlarını nümayiş etdirməsini, DSX-ninillik hesabatlarını şəxsən qəbul edərək sərhədçilərlə keçirdiyi görüşlərdə milli sərhəd siyasətimizi formalaşdırması,dövlət sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etməsi xüsusi qeyd olunub.
Konfrans iştirakçıları tərəfindən son illər ərzindəAzərbaycan Respublikasının dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsinin respublikamızın geostrateji, iqtisadi və mədəni potensialının gerçəkləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi siyasətin real nəticəsi olması xüsusi vurğulanıb.
Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Ümummilli lider H. Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına əsasənDSX-nin bütün hərbi hissələrindəÖndərin uca xatirəsinə həsr olunmuş konfranslar, tematik axşamlar, disputlar keçirilmiş, onun həyat və fəaliyyəti barədə filmlər şəxsi heyətə nümayiş etdirilmiş, sərhədçilərin Heydər Əliyev mərkəzlərinə ekskursiyaları təşkil olunub.