DSX-nin əsgəri xəstəlikdən vəfat etdi

DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
SOSİAL
10:57 24.11.2026
78
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Xidmətin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, əsgər Kərimov Rəhman Rauf oğlu uzunsürən ağır xəstəlikdən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, vəfat edib.

DSX rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.

OXŞAR XƏBƏRLƏR