DSX və DTX-dən birgə ƏMƏLİYYAT

DSX və DTX-dən birgə ƏMƏLİYYAT
SOSİAL
14:51 25.06.2024
468
Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xəzər dənizindən dövlət sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

İyun ayının 25-də saat 00:17-də Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Xızı rayonu ərazisində sahildən 500 metr məsafədə Şorabad qəsəbəsi istiqamətində sürətlə hərəkət edən 2 ədəd naməlum üzmə vasitəsi müşahidə edilib.

Aşkarlanmış hədəflərin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, o cümlədən sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsinin şimal istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri və uzun sürən təqiblər nəticəsində saat 02:48-də sərhədçilərin qanuni tələbinlərinə tabesizlik göstərərək narkotik vasitələri dənizə atıb ərazidən uzaqlaşmağa cəhd edən sərhəd pozucularının saxlanılması məqsədi ilə "Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib.

Nəticədə layner tipli itisürətli üzmə vasitələrindən biri 2 nəfər heyət üzvü ilə birlikdə, ikinci üzmə vasitəsinin isə heyət üzvlərindən biri saxlanılsa da digəri itkin düşüb.

Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularına ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslaşmış tibb müəssisəsinə təxliyə ediliblər.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Gülüstan əyalətinin Bender-Türkmən şəhər sakinləri 1984-cü il təvəllüdlü Behman Qasim, 1983-cü il təvəllüdlü Nuri Nurməmməd Bəhrəmxalid, 1984-cü il təvəllüdlü Rəhim Ounek Anna olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.

Davam edən əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasının mütəşəkkil qaçaqmalçı qrupunu qarşılamaq niyyəti ilə həmin əraziyə dənizin sahilinə gəlmiş Azərbaycan Respublikası vətəndaşları 1982-ci il təvəllüdlü Əliyev Elxan Nadir oğlu və 1976-cı il təvəllüdlü Memmədova Esmira Gülağa qızı saxlanılıb.

Hazırda Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri və dalğıclar tərəfindən digər itkin düşmüş sərhəd pozucusu İran İslam Respublikası vətəndaşı 1985-ci il təvəllüdlü Həmid Vəkilinin və dənizə atılmış digər maddi sübutların axtarışı həyata keçirilir.

Fakt üzrə Baş Prokurorluqla birgə əməliyyаt-istintaq və axtarış tədbirləri dаvаm еtdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:59 05.11.2026
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
10:50 05.11.2026
FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
10:48 05.11.2026
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
10:40 05.11.2026
Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
10:34 05.11.2026
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Bu halda gəncləri əsgər aparmaya bilərlər – RƏSMİ
10:24 05.11.2026
Bu halda gəncləri əsgər aparmaya bilərlər – RƏSMİ
"Sabah"ın kapitanı UEFA Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçıdır
09:53 05.11.2026
"Sabah"ın kapitanı UEFA Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçıdır
Şəhid anası faciəvi şəkildə öldü
09:44 05.11.2026
Şəhid anası faciəvi şəkildə öldü
Vətən Müharibəsi Qəhrəmanına "general-mayor" rütbəsi verildi
09:36 05.11.2026
Vətən Müharibəsi Qəhrəmanına "general-mayor" rütbəsi verildi
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
09:23 05.11.2026
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
Anar Rzayevə ağır itki
09:17 05.11.2026
Anar Rzayevə ağır itki
ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - ADLAR
09:06 05.11.2026
ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - ADLAR
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
08:57 05.11.2026
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
08:49 05.11.2026
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb
08:43 05.11.2026
“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:36 05.11.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb