Gürcüstanda təhlükəsizlik mühiti ilə bağlı vəziyyət tam nəzarət altındadır.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məlumatında bildirilib.
Qeyd olunub ki, Gürcüstana gələn Rusiya, Belarus və digər ölkələrin vətəndaşları ölkənin təhlükəsizliyi üçün risk yaradan fəaliyyətin həyata keçirilməsinə meylli deyillər.
Məlumatda deyilir ki, son günlərdə Gürcüstana əcnəbilərin, xüsusən də Rusiya və Belarus vətəndaşlarının ölkəyə kütləvi və nəzarətsiz axınları, təxribatçılar, terror qruplaşmaları ilə bağlı dezinformasiyalar yayılır və bu da ictimaiyyət arasında təşviş yaradır.
DTX-dən qeyd edilib ki, cari dövrdə Gürcüstana gələnlərin sayı ötən ilin analoji dövrünün göstəricisini üstələmir.
"Gürcüstan dövləti əcnəbi vətəndaşın ölkə ərazisinə daxil olması ilə bağlı suveren hüququnu qanunvericiliyə və mövcud risk və çağırışlara tam uyğun olaraq həyata keçirir”, - məlumatda vurğulanıb.