Mədəniyyət Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimovun iş yerində olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova bildirib ki, ötən gün nazir rəsmi ezam səfərində olub:
"Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, noyabrın 1-də A.Kərimov Kəlbəcər rayonunda səfərdə olub.