Əli Nağıyev Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşdü

Əli Nağıyev Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşdü
SOSİAL
21:53 12.05.2022
560
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM DTX-nin İctimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, qonağı səmimi salamlayan general-polkovnik Əli Nağıyev dövlət başçılarının birgə səyləri ilə iki qardaş və tərəfdaş ölkə arasında mövcud münasibətlərin ən yüksək səviyyədə olmasından, ötən ilin iyun ayının 15-də imzalanmış Şuşa bəyannaməsinə uyğun olaraq, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən bəhs edib.

Regional sabitliyə, bölgədə sülhün və əmin-amanlığın qorunub saxlanılmasına Türkiyənin verdiyi dəstəyi xüsusi vurğulayan Xidmət rəisi bölgədə təhlükəsizliyin bundan sonra da etibarlı şəkildə təmin edilməsi üçün ikitərəfli əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Yüksək qonaqpərvərliyə və isti qəbula görə minnətdarlığını çatdıran türkiyəli qonaq təhlükəsizlik məsələləri üzrə dövlətlərarası əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Görüşdə həmçinin tərəfləri maraqlandıran və qarşılıqlı əhəmiyyət kəsb edən digər məsələlərdə də müzakirə olunub.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu