DTX-dən əməliyyat: “WhatsApp” yazışmalarının ələ keçirilməsi xidmətini təklif edən şəxs tutuldu

DTX-dən əməliyyat: “WhatsApp” yazışmalarının ələ keçirilməsi xidmətini təklif edən şəxs tutuldu
SİYASƏT
09:31 31.05.2022
876
Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində "Aztechnolog” adlı "İnstagram” səhifəsini idarə edən şəxslər tərəfindən maddi maraq zəminində istifadəçilərin müraciəti əsasında üçüncü şəxslərin "WhatsApp” tətbiqindəki yazışmalarının kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün təqdim olunması ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən nəzarətə götürülərək araşdırılıb.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə məlumatı DTX-nin rəsmi saytı yayıb.

Məlum olub ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Arif Həmid oğlu "İnstagram” sosial şəbəkəsində "Aztechnolog” (www.instagram.com/xakkerhuseyn) adı ilə qeydiyyatdan keçərək sözügedən səhifədə müəyyən pul müqabilində "WhatsApp” yazışmalarının ələ keçirilməsi və izlənilməsi məqsədilə elektron ünvan (keçid linki) təqdim edilməsinə dair bilərəkdən yalan məlumat yerləşdirib, bu xidmət üçün müraciət edənlər pul vəsaitlərini Arif Əsgərovun sərəncamında olan bank kartı hesabına köçürərək, ödəniş barədə qəbzlərin surətini qeyd olunan "İnstagram” səhifəsinə göndərib, lakin sonra həmin şəxslərin müvafiq səhifəni idarə edən şəxslə əlaqə yaratma cəhdləri baş tutmayıb və onlara ödədikləri vəsaitin əvəzində heç bir xidmət təqdim edilməyib.

Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək olan müddət ərzində əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən qanunsuz istifadə edilməklə belə tədbirlərin keçirilməsinə təhrik edib aldatdığı 394 nəfər şəxsin pul vəsaitlərini ələ keçirib.

Arif Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycanın sədrliyi yeni imkanlar yaradır” – Deputat
13:47 08.10.2026
“Azərbaycanın sədrliyi yeni imkanlar yaradır” – Deputat
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
13:45 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTOLAR
13:33 08.10.2026
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTOLAR
Sakinləri gündəlik həyatda ən çox nə əsəbiləşdirir? – VİDEOSORĞU
13:22 08.10.2026
Sakinləri gündəlik həyatda ən çox nə əsəbiləşdirir? – VİDEOSORĞU
Bıçaqlanan müavin Vüqar Qurbanovun qohumu imiş
13:00 08.10.2026
Bıçaqlanan müavin Vüqar Qurbanovun qohumu imiş
Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi
12:39 08.10.2026
Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
12:35 08.10.2026
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
9 ayda 110 mindən çox şəxsə sosial müavinət və təqaüd verilib
12:32 08.10.2026
9 ayda 110 mindən çox şəxsə sosial müavinət və təqaüd verilib
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
12:29 08.10.2026
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
12:20 08.10.2026
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
12:04 08.10.2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
11:58 08.10.2026
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
11:43 08.10.2026
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
11:40 08.10.2026
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
11:38 08.10.2026
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
11:34 08.10.2026
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"