Dubaya qadın “daşıyan” kişinin başına gələnlər

Dubaya qadın “daşıyan” kişinin başına gələnlər
Bütün Xəbərlər
13:13 18.08.2014
3865
“Axşam məni kluba apararaq cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim etməyi Vüsalə adlı qadına tapşırdı”.
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan, Ağdam rayonu, Muğanlı kənd sakini, 1979-cu il təvəllüdlü Bağırov Qafur Valeh oğlunun məhkəmə istintaqı başa çatıb.
AZXEBER.COM Virtualaz.org-a istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə qapalı keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Bağırov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına görə, Q.Bağırovun gəlir əldə etmək məqsədi ilə Sevinc Xəlilova və qeyriləri ilə əlbir olaraq qadınları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə apararaq cinsi təcavüzə məruz qoyması məlum olub. O, 2014-cü il yanvar ayının əvvəllərində Aygün Hacıyeva və Xatirə Ağayevanın (ad və soyad dəyişdirilib-red.) maddi cəhətdən korluq çəkdiklərini bilərək onları Dubaydakı otellərin birində qeydiyyatçı kimi işə düzəldəcəyini vəd edib və qadınları aldadıb.
Q.Bağırov fevralın 3-də Aygünü Dubaya yola salsa da pasportu olmadığı üçün Xatirə gedə bilməyib. Dubayda Aygünü qarşılayan Sevinc Xəlilova onu yaşadığı evə aparıb. O, Vüsalə və Cəfər adlı şəxslərlə birgə Aygünü kişi müştəriləri ilə görüşdürərək cinsi təcavüzə məruz qoyublar.
Q.Bağırovun növbəti qurbanı Gülbəniz Əliyeva (ad və soyad dəyişdirilib-red.) adlı qadın olub. Gülbənizin imkansız olduğunu bilən Qafur Bağırov onu Dubaydakı qızıl-zinət əşyaları mağazasına satıcı düzəldəcəyini vəd edib. Onun təklifi ilə razılaşan Gülbənizi və özünə yeni pasport düzəldən Xatirəni Dubaya apararaq Sevinc və digərləri ilə birgə onların kişilərlə görüşməsini təşkil edib.
İlkin dindirilmə zamanı Q.Bağırov ifadəsində taksi sürücüsü işlədiyini, Xatirənin onun daimi müştərisi olduğunu göstərib:
“Xatirəni üç il olar tanıyıram. “Rusalka” masaj salonunda işləyirdi. Onun fahişəliklə məşğul olduğunu bilirdim. Xatirəni çox vaxt işdən evə mən aparırdım. Aygünü də həmin masaj salonundan tanıyırdım. O da orada işləyir, fahişəliklə məşğul olurdu.
Aygünü Xatirə vasitəsilə tanımışdım. Xatirə özü mənə demişdi ki, Aygün əvvəllər Dubayda fahişəlik edib, yenidən ora getmək niyyətindədir. Xatirə Aygünü Dubaya yola salmaq üçün yaxın tanışlarımın birinin vasitəsilə viza açdırmağı xahiş etdi. Mən də həmkəndlim Sevinc Xəlilovanın oğlu Eminlə əlaqə saxlayıb ona viza açmaqda köməklik etməsini istədim. Emin razılıq verdi. Həmin vaxt Xatirə də getmək istəyirdi. Amma pasportu itdiyindən gedə bilmədi.
Fevralın 3-də Aygünü Bakı aeroportuna aparıb Dubaya yola saldım. Emin də zəng vurub Aygünün Dubaya çatdığını dedi. Növbəti dəfə Xatirəni işdən evə aparanda mənə “Aygün zəng vurmuşdu, vəziyyəti çox yaxşıdır” dedi. Sonrasa ona da viza açdırmaqda köməklik etməyimi xahiş etdi. Xatirə pasport sifariş etdi. Pasport hazır olduqdan sonra kserosurətini Eminin elektron ünvanına göndərdik.
Həmin ərəfədə Gülbəniz də Dubaya getmək istədiyini dedi. Mən Gülbənizə də köməklik etmişəm. Sənədlərin surəti göndərildikdən sonra Sevinc vizaları hazırladı. Viza hazır olandan sonra Sevinc mənimlə əlaqə saxladı. Martın 1-də Xatirə və Gülbənizlə birlikdə Dubaya getdim.
Dubayda bizi Sevincin oğlu və Vüsalə adlı bir qadın qarşıladı. Sevinc Xatirəni və Gülbənizi yaxınlıqda yerləşən otelə apardı. Mən başqa oteldə qalırdım. Sonradan bildim ki, Sevinc qızları digər oteldə fahişəliyə cəlb edib. Özümlə gətirdiyim qadınları heç özüm də görə bilmədim. Bir neçə gündən sonra Aygün, Xatirə və Gülbəniz mənə Azərbaycana qayıtmaq istədiklərini dedilər. Onlarla birgə qayıtmaq fikrində idim. Martın 6-da isə qızların üçünün də Bakıya qayıtdıqlarını eşitdim”.
Təqsirləndirilən şəxs bir ay Dubayda qaldıqdan sonra Bakıya qayıtdığını, həmin qadınları bir daha görmədiyini deyib:
“Hər üç qadın imkansız idilər. Onlara köməklik etmək istəmişəm. Etdiyim əməlin cinayət olduğunu bilməmişəm. Sevincin həmin qadınlarla pis rəftar etdiyindən xəbərim olmayıb”.
Zərərçəkmiş şəxs qismində istintaqa ifadə verən Aygün Hacıyeva ifadəsində Qafur Bağırovu rəfiqəsi Xatirə vasitəsilə tanıdığını deyib:
“Qafur bizim maddi çətinlik çəkdiyimizi, işsiz olduğumuzu bilirdi. Azərbaycanda münasib iş tapa bilmirdik, tapdığımız işdə isə məvacib çox aşağı idi. Qafur məni və Xatirəni Dubayda yaşayan qohumunun yanına göndərə biləcəyini dedi. Deyirdi ki, Sevincin yanına getsəniz, sizi münasib bir işə düzəldəcək, yaxşı məvacib alacaqsınız. Ona yol xərcimizi ödəməyə belə imkanımızın olmadığını dedim. Qafur isə hər şeyi özü təşkil edəcəyini bildirdi. Pasportumun surətini internet vasitəsilə Dubaya göndərdi. Sonrasa Sevincin yolladığı pulla mənə bilet sifariş verdi.
Dubayda Sevinc məni qarşılayıb evə gətirdi. Pasportumu və vizamı əlimdən aldı. Axşam məni kluba apararaq cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim etməyi Vüsalə adlı qadına tapşırdı. Onlara Dubaya bu məqsədlə gəlmədiyimi dedikdə Sevinc məni rüsvay edəcəyi ilə hədələdi, başıma müsibətlər gətirəcəyini bildirdi. Məcburiyyət qarşısında qalıb onların dediklərini elədim. Sevinc məni daim qorxu altında saxlayırdı, hətta evimizlə əlaqə saxlaya bilmirdim. İşləmək istəmədiyimi, pasportumu geri verməyi tələb etdikdə oğlu ilə birləşib məni döyəcəyi ilə hədələyirdi.
Bir dəfə isə Vüsalə məni “Dulf” otelə apardı və orada “Kumar” ləqəbli, əslən azərbaycanlı olan Cəfər adlı şəxslə tanış etdi. Cəfər Sevincin tapşırığı ilə hər gün məni 10-15 müştəri ilə görüşdürürdü. Cəfərin olduğu oteldə 14 gün işlədim. Sonra Cəfərlə Sevincin arasında pul mübahisəsi oldu. Ona görə Sevinc məni o oteldən çıxartdı.
Vüsalə bu dəfə məni hindistanlı bir şəxsə məxsus olan “Kapital” otelinə işləməyə apardı. Martın 1-də oteldə olarkən Sevinc dedi ki, gəl gedək evə, sənə sürpriz hazırlamışam. Birlikdə Sevincgilə gəldik. Evə girəndə Xatirə, Qafur və adını sonradan bildiyim Gülbənizi görəndə dəhşətə gəldim. Qafurun onları da aldadaraq Dubaya gətirdiyini başa düşdüm”.
Məhkəmə prosesində Q.Bağırov ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O, cinayət işində adları zərərçəkmiş kimi hallandırılan qadınları Dubaya işləmək üçün göndərdiyini, onların həmin şəhərdə hər hansı cinsi zorakılığa məruz qalmasından xəbərsiz olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
13:02 24.06.2025
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
13:01 24.06.2025
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
12:58 24.06.2025
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
12:57 24.06.2025
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
Tanınmış model Anarın adından dələduzluq etdi
12:55 24.06.2025
Tanınmış model Anarın adından dələduzluq etdi
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
12:54 24.06.2025
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
12:51 24.06.2025
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!
12:47 24.06.2025
İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!
Türkiyədə növbəti qadın CİNAYƏTİ: 12 yerindən bıçaqladı
12:45 24.06.2025
Türkiyədə növbəti qadın CİNAYƏTİ: 12 yerindən bıçaqladı
Nazir: Qəbul imtahanlarının keyfiyyəti bizi qane edir
12:38 24.06.2025
Nazir: Qəbul imtahanlarının keyfiyyəti bizi qane edir
İrandan 20-yə yaxın Ukrayna vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub
12:29 24.06.2025
İrandan 20-yə yaxın Ukrayna vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub
Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
12:24 24.06.2025
Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirini qəbul edib - FOTOLAR
12:21 24.06.2025
İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirini qəbul edib - FOTOLAR
"Balaəliyə mahnı oxumaq yaraşmır" - Meyxanaçı Yaşar
12:15 24.06.2025
"Balaəliyə mahnı oxumaq yaraşmır" - Meyxanaçı Yaşar
Əhaliyə ŞAD XƏBƏR – Müavinət və təqaüdlər bu tarixdən artırılır
12:09 24.06.2025
Əhaliyə ŞAD XƏBƏR – Müavinət və təqaüdlər bu tarixdən artırılır
Türkiyəyə köç edənlərin sayı azaldı
12:07 24.06.2025
Türkiyəyə köç edənlərin sayı azaldı