Dübəndidə dəniz sahilində neft qalıqları yığıldı - Kənarlaşdırılır - Video

Dübəndidə dəniz sahilində neft qalıqları yığıldı - Kənarlaşdırılır - Video
SOSİAL
21:20 19.06.2026
270
Paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqları yığılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunlarının və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikaları cəlb olunub.

Hazırda FHN-in qüvvələri tərəfindən Dübəndi yaşayış sahəsində dəniz sahilində aşkar edilmiş neft qalıqlarının yığılıb ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR