"Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı istintaq davam edir

İDMAN
12:14 13.11.2019
3945
Lüksemburqun Milli Təhlükəsizlik naziri Fransua Bauş Avropa Liqasının qrup mərhələsinin II turunda "Düdelanj" - "Qarabağ" oyunu zamanı baş vermiş erməni təxribatı ilə bağlı yerli parlamentin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusunu cavablandırıb.

AZXEBER.COM matc.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Lüksemburq mətbuatı yayıb.

Bildirilir ki, nazir sorğuya cavabında Lüksemburq polisinin oktyabrın 3-də "Jozi Bartel" stadionunda keçirilən görüşdə xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə UEFA tərəfindən məlumatlandırılmadığını söyləyib. Onlar qarşılaşmanı dinc azarkeşlərin izləyəcəyini gözləyiblər: "Üstəlik, matçın gedişində stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməyib. Üzərində erməni separatçılarının bayrağı asılan dron stadionun üstündən uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, 30 agent dərhal əlavə dəstək çağrıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti zəif olduğundan oradan da heç bir nəticə əldə edilmədi".

Bauş istintaqın davam etdirildiyini və bu barədə yaxın həftələrdə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, "Qarabağ"ın 4:1 hesabı ilə qalib gəldiyi matçın 30-cu dəqiqəsində stadionun üzərinə dron vasitəsilə qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı gətirilmiş və oyun bir neçə dəqiqəlik dayandırılmışdı. Lüksemburqun idman naziri Dan Kerşin üzr istəməsindən sonra komandalar meydana qayıtmış və mübarizə davam etdirilmişdi.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:55 03.07.2020

Payız aylarında koronavirusun daha surətlə yayılacağı gözlənilir

17:54 03.07.2020

Ölkə üzrə hərəkətinə icazəsi olanlar yalnız bir halda rayonlara gedə biləcək

17:43 03.07.2020

İcazələrin alınması sistemində yenilik

17:41 03.07.2020

TƏBİB: Bakıda xəstəxanaların 80-90%-i dolub

17:35 03.07.2020

Azərbaycanda bir yasda 84 nəfər koronavirusa yoluxdu

17:28 03.07.2020

TƏBİB: Yoluxma hallarının 51,3 faizi Bakının payına düşür

17:26 03.07.2020

TƏBİB sədri: "Aktiv xəstələrdən 59 nəfər süni tənəffüs cihazına qoşuludur"

17:21 03.07.2020

Prezidentin köməkçisi: “Hamımız bir olmalıyıq”

17:16 03.07.2020

Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü

17:11 03.07.2020

Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlandı

17:01 03.07.2020

Prezidentə minnətdarlıq məktubları: "Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq"

16:57 03.07.2020

Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi

16:53 03.07.2020

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

16:39 03.07.2020

Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

16:30 03.07.2020

İlham Əliyev Donald Trampa məktub yazdı

16:17 03.07.2020

Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ