“Düdelanj” - “Qarabağ” oyunu zamanı daha bir insident - FOTO

“Düdelanj” - “Qarabağ” oyunu zamanı daha bir insident - FOTO
TOP4
10:36 04.10.2019
4713
"Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda "Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda daha bir insident baş verib.

Oyunun keçirildiyi "Jozi Bartel” stadionunun dayanacağında bir neçə avtomobilin şüşələri sındırılaraq qarət olunub. Oğurluq dayanacağın üçüncü mərtəbəsində, matç yarımçıq dayandırılan zaman baş verib.

Hadisə yerinə gələn polis əməkdaşları qarət olunan avtomobillərdən barmaq izləri götürüblər. Həmçinin zərərçəkənlərə bildirilib ki, nəzarət kameralarının qeydə aldığı görüntülərə baxılacaq.
 
///Unikal.org
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR