Xəbər verdiyimiz kimi, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman avtomobil qəzasında vəfat edib.
Onun faciəvi şəkildə dünyasını dəyişməsi yaxınlarını və tanıyanlarını kədərləndirib.
Bloqer Xatirə Yüzbəyova sosial şəbəkə hesabında Ada Süleymanla bağlı paylaşım edərək onun vəfatına inanmadığını bildirib:
"Cəmi üç dəfə həyatımda gördüyüm, qısa müddətdə tanıdığım incə ruhlu, gözəl insan Allah sənə rəhmət eləsin. İnanmıram, həyatın bu qədər qəddar olduğunu da qəbul edə bilmirəm. Hələ dünən növbəti görüşümüzün planını qururduq axı. Bilmirəm, nə deyim, nə yazım. Gözümü bu pis xəbərə açmışam, deyəcək söz tapmıram. Dünən ad gününü təbrik edirdim, bu gün isə. Yəqin ki, həyat budur”.
Fəridə Əsədzadə










































