Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi, fransalı mütəxəssis Villi Sanyol vəzifəsindən ayrılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti yayıb.
Məlumata görə, 2021-ci ildən etibarən yığmaya rəhbərlik edən Sanyol komanda ilə tarixi uğura imza ataraq, millini 2024-cü il Avropa çempionatının (AÇ-2024) final mərhələsinə çıxarıb.
Gürcüstan yığmasının yeni çalışdırıcısı postuna Ramaz Svanadze gətirilib. O, 2028-ci ilin sonunadək bu vəzifəni icra edəcək. Yeni təyinatına qədər Svanadze gənclərdən ibarət yığmaya baş məşqçilik edib və komandanı iki dəfə Avropa çempionatının final mərhələsinə çıxarıb.
Qeyd edək ki, sentyabrın 25-də UEFA Millətlər Liqası çərçivəsində keçirilən görüşdə Gürcüstan yığması öz meydanında Şimali İrlandiya komandasına 0:1 hesabı ilə məğlub olub.











































