Dünya Azərbaycanlı Gənclər Birliyi Moskva, İstanbul və Buxarestdə təmsil olunacaq

GƏNCLİK
10:20 12.10.2012
1524
12 oktyabr 2012-ci il tarixində Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) IV Konfransında iştirak edəcəkdir. 14-16 oktyabr 2012-ci il tarixlərində isə Ramin Məmmədov Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) tərəfindən Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” (The Role of Young Leaders in the Development Process of İnterstate Cooperation) mövzusunda Beynəlxalq Forumda iştirak edəcəkdir. 17-18 oktyabr 2012-ci il tarixlərində Dünya Azərbaycanlı Gənclər Birliyi Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Parlamenti və Rumıniyanın Liberal Demokrat Partiyasının Gənclər Birliyi tərəfindən keçiriləcək “Avropa Gəncləri: İctimai Siyasət və Çağırışlar” (Young Entrepreneurship in Europe: Public policies and Challenges) adlı Beynəlxalq Forumunda təmsil olunacaqdır.

OXŞAR XƏBƏRLƏR