Dünya Azərbaycanlı Gənclər Birliyinin saytı hazırlanır
GƏNCLİK
21:48 14.09.2012
2015
Məlum olduğu kimi, 12 mart 2012-ci il tarixində Bakı şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis Qurultayı keçirilmişdir. Birlik öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir.Birliyin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin Azərbaycan Rеspublikasının milli maraqlarının qorunması, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinə cəlb olunması və beynəlxalq səviyyədə əməkdaşlığın təmin olunmasıdır. Birlik barədə “Wikipedia” beynəlxalq elektron ensiklopediyasında məlumat yerləşdirilib. Bundan əlavə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər arasında şəbəkənin genişlənməsi üçün Facebook sosial şəbəkəsində Dünya Azərbaycanlı Gənclər Birliyinin rəsmi səhifəsi fəaliyyətdədir. Yaxın zamanlarda Birliyin web portalı da öz işinə başlayacaq.https://en.wikipedia.org/wiki/“World_Union_of_Azerbaijanis_Youth_Public_Unionhttps://www.facebook.com/pages/World-Union-of-Azerbaijanis-Youthhttps://worldyouth.az/