Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov 05 oktyabr 2012-ci il tarixində Malaziyanın paytaxtı Kuala Lumpur şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclərin məşvərət iclasında Azərbaycanı təmsil edəcəkdir.
Səfər zamanı Malaziya Baş nazirinin müavini Muhiddin Bin Hj Mohd Yasin ICAPP həmsədrləri Jose de Venecia və Çunq Eui-Yong, Malaziya Səhiyyə Naziri Datuk Rosnah Binti Hj Abdul Raşid Şirlin, Kamboca Baş nazirinin müşaviri cənab Yara Suos və digər ölkələrdən qatılan rəsmilərlə görüşlər gözlənilir.
Tədbir çərçivəsində ICAPP-ın Gənclər Birliyinin təsis edilməsi, Asiya Siyasi Partiyalarının gənc liderləri arasında əməkdaşlığın qurulması nəzərdə tutulmuşdur.