Irana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb ola bilər. AZXEBER.COM Anspress-ə istinadən məlumatına görə, Dünya Bankının proqnozu 2016-cı ildə “qara qızılın” bir barrelinin 10 dollara gədər ucuzlaşacağını vəd edir. Bank mütəxəsislərinin fikirincə, bu dəyişikliklər əsasən İranın xammal bazarına qayıtması ilə bağlı olacaq. Proqnozlara görə, neft hasilatının həcmi sutka ərzində 1 milyon barrel artacaq ki, bu da öz növbəsində qiymətə təsir göstərəcək. Dünya Bankında hesab edirlər ki, yeni xammalın axını dünya bazarında qiymətləri 14% aşağı salacaq. İyulun 14-də Avstriyanın paytaxtı Vyanada İran və “altılıq” ölkələri (ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Çin və Rusiya – red.) Tehranın nüvə proqramına dair razılaşma əldə ediblər. Razılaşmaya əsasən İran üzərindən beynəlxalq sanskiyaların qaldırılması təqdirində uranın zənginləşdirilməsindən imtina etməlidir. Sənədin imzalanmasından bir gün sonra Brent markalı neftin qiyməti enməyə başlayıb. Avustun əvvəlində isə Brent-in bir barreli yanvar ayından ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.