Dünya bu tarixdə tam qaranlığa qərq olacaq

Dünya bu tarixdə tam qaranlığa qərq olacaq
SOSİAL
02:06 21.06.2026
1017
Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında – 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq.

"Startlap” nəşrinin yazdığına görə, Ay Günəşin qarşısını tamamilə kəsəcək və günün günorta çağı bir neçə dəqiqəlik qaranlıq (alatoranılıq) çökəcək. Ekspertlər bu nadir təbiət hadisəsini müşahidə etmək üçün ən ideal məkanlardan biri kimi İspaniya sahillərində yerləşən kiçik Altafulya şəhərciyini seçiblər.

Astronomlar Avropanın əksər bölgələrində bu tutulmanın qismən baş verəcəyini bildirirlər.

Məsələn, Parisdə Ay günəş diskinin 92%-dən çoxunu örtəcək. Lakin tutulmanın tam fəzasını yalnız İspaniyada görmək mümkün olacaq, çünki astronomik hadisənin əsas trayektoriyası məhz bu ölkənin üzərindən keçir.

Astronomların xüsusi diqqətini çəkən Altafulya kiçik bir orta əsrlər şəhəridir.

Kataloniya rəhbərliyi artıq bu məkanı tutulmanı izləmək üçün ən yaxşı 20 məkan siyahısına daxil edib. Hesablamalara görə, burada tam qaranlıq təxminən 55 saniyə davam edəcək.

Turistləri bu unikal səmada baş verəcək şoudan başqa, həm də şəhərin özünəməxsus ab-havası cəlb edir. Tarixi "Vila Klosa” mərkəzi dar daş döşənmiş küçələri, daş evləri və qədim tağları ilə orta əsrlər görkəmini qoruyub saxlayıb. XI əsrə aid qədim qəsr, San-Martin kilsəsi və sahilə yaxın yerləşən qədim Roma villası "Els Munts” şəhərin əsas görməli yerləri hesab olunur.

Çimərlik istirahətini sevənləri burada firuzəyi suyu olan sakit körfəzlər və köhnə balıqçı daxmaları, təbiətsevərləri isə qürub çağında xüsusilə gözəl görünən Qayya çayı gözləyir.
Ekspertlər tutulmanı görməyi planlaşdıran şəxslərə bura öncədən gəlməyi tövsiyə edirlər, çünki böyük turist axını gözlənilir.

Müşahidə üçün ən rahat nöqtələr kimi dəniz sahili və Sant-Antonio-de-Paduya kapellasının ətrafı göstərilir.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, günəş tutulmasını yalnız xüsusi sertifikatlaşdırılmış qoruyucu eynəklərlə izləmək lazımdır. Müvafiq qoruyucu vasitə olmadan Günəşə qısa müddətli baxış belə, görmə qabiliyyətinin ciddi şəkildə zədələnməsinə səbəb ola bilər.

Beləliklə, bu yay Altafulya yalnız məşhur Aralıq dənizi kurortu kimi deyil, həm də Avropada nadir astronomik hadisəni izləmək üçün ən yaxşı məkanlardan biri kimi yadda qalacaq.

/musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
10:13 26.09.2026
Prezident: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
10:08 26.09.2026
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
10:04 26.09.2026
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
09:59 26.09.2026
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
09:58 26.09.2026
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
09:34 26.09.2026
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
09:32 26.09.2026
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
09:29 26.09.2026
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
09:28 26.09.2026
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
09:25 26.09.2026
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
09:21 26.09.2026
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
06:24 26.09.2026
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
03:49 26.09.2026
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı