“Dünya futbolu bir ulduzunu itirdi”

“Dünya futbolu bir ulduzunu itirdi”
İDMAN
15:20 07.10.2026
94

Xəbər verdiyimiz kimi, Lionel Messi dünən gecə Argentina millisinin heyətində sonuncu oyununa çıxıb.

39 yaşlı futbolçu Buenos-AyresdəBenin millisinəqarşı keçirilən qarşılaşmada bir qol vurub və iki məhsuldar ötürmə edib. Argentina 3:0 hesabı ilə qalib gəlib. 

Bununla da Messi milli komanda karyerasını 208 oyun və126 qolla başa vurub. 

Messi 21 il ərzində Argentina millisi ilə dünya çempionluğu, iki Amerika Kuboku və digər mühüm titullara sahib olub.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan DİFAİ FK-nın icraçı vitse-prezidenti Əbülfəz Hüseynli bildirib ki, Messi kimi futbolçunun milli səviyyədəitirilməsi həm Argentina, həm dədünya futbolu üçün böyük itkidir:

"Dünya futbolu bir ulduzunu milli komanda səviyyəsində, demək olar ki, itirdi. Biz çox xoşbəxt bir nəsilik ki, Messi kimi bir futbolçunu canlı izləmək şansı qazandıq. Bu, bütün Azərbaycan futbolu üçün də, dünya futbolu üçün dəMessi bariz bir nümunədir. Messini milli səviyyədəitirmək, Avropa futbolu səviyyəsində itirmək bizi çox heyifləndirir. Çünki mən inanmıram ki, artıq bu dünyaya yenə Messi kimi bir futbolçu gəlsin.

 

 

Mənim fikrimcə, bu, qeyri-mümkün olan bir şeydir. Ona görə dəMessi sonuncu oyununda Argentinada, Argentina milli komandasının futbol zalında çox hüznləyola salındı. Çünki onlar da bilirlər ki, Messi olmasa, Argentina bir-iki addım geridədir və dünya çempionatında, Amerika Kubokunda Argentina üçün çox çətin olacaq. Yeni Messi qazandırmaq da dünya üçün çox çətin bir işdir. Ona görədəbundan sonra Argentina üçün çox çalışmalıdır vəMessinin əvəzedicisi olmalıdır. O da dünyada yoxdursa, Argentinada da çətin olar. İnşallah, yeni-yeni Messilər görərik, amma bu, çox çətin bir haldır”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR