Bu qız "Dünya gözəli" seçildi - FOTOLAR

Bu qız "Dünya gözəli" seçildi - FOTOLAR
MAQAZİN
14:34 17.03.2022
509
Ötən gün 70-ci "Miss World 2021”(Dünya gözəli - 2021) beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub.

AZXEBER.COM xəbər verir ki, Puerto-Rikonun San-Xuan şəhərində keçirilən mötəbər tədbirdə "Miss World 2021” adını polşalı Karolina Belyavska qazanıb. 

22 yaşlı modelə tacını "Miss World-2019”un qalibi Toni-Enn Sinqx təqdim edib. İkinci yerə Amerika Birləşmiş Ştatlarından olan Şri Sayni, 3-cü yerə isə Kot d`İvuardan olan Oliviya Yayse sahib çıxıb.

Qeyd edək ki, Karolina mühəndislik üzrə ali təhsil alıb.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR