Dünya liderləri Heydər Əliyev haqda nə deyiblər?

Dünya liderləri Heydər Əliyev haqda nə deyiblər?
Bütün Xəbərlər
13:25 12.12.2012
9824
AZXEBER.COM portalı dünya liderlərinin Heydər Əliyev haqda dedikləri kəlamları təqdim edir: ı ABŞ prezidenti Corc Buş qeyd edib ki, H.Əliyev bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi idi: "Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir".ı Rusiya prezidenti Vladimir Putin isə H.Əliyevin qeyri-adi şəxsiyyət olduğunu vurğulamış, ölkəmizin çiçəklənməsini, inkişaf etməsini onun zəngin təcrübə və əməyi ilə əlaqələndirmişdi.ı "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irslə fəxr edə bilər" - bu fikirlər Fransa prezidenti Jak Şiraka məxsusdur. J.Şirak bildirib ki, H.Əliyevin prezidentlik fəaliyyəti dövründə Fransa ilə Azərbaycan arasında münasibətlərdə tərəqqi yaranıb və Bakı Avropa ilə əlaqələrini daha da yaxşılaşdırıb.ı "Heydər Əliyev Azərbaycanın, MDB-nin inkişafı, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görüb" - bu fikirlər isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevə məxsusdur.ı Çin Xalq Respublikasının sədri Xu Szentao H.Əliyevi Çin xalqının dostu, Çinə dost münasibəti bəsləyən, beynəlxalq aləmdə məşhur siyasətçi kimi tanıdığını deyib və iki ölkə arasında əlaqələrin təməlinin məhz onun tərəfindən qoyulduğunu qeyd edib.ı Türkiyə prezidenti Əhməd Necdət Sezər onu uzaqgörən və istedadlı siyasətçi, idarəçiliyi sayəsində Azərbaycanın hər bir sahədə güclənməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən şəxsiyyət kimi dəyərləndirib: "Heydər Əliyevi şəxsən tanıdığıma görə şərəf hissi keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqazın sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaq".ı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə H.Əliyev haqqında deyib ki, o, sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutub. Britaniya kraliçası II Yelizaveta da ulu öndər haqqında öz xoş sözlərini açıqlayıb və bildirib ki, H.Əliyev iki ölkə arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətlər göstərib.ı "Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İranla Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcək" - bu fikirlər isə İranın sabiq prezidenti Seyid Məhəmməd Xatəmiyə məxsusdur.ı Bolqarıstan prezidenti Georgi Prvanov isə deyib ki, Heydər Əliyevin adı və nüfuzu Azərbaycanın beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaq: "Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini qiymətləndiririk".ı Özbəkistan prezidenti İslam Kərimov Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolunu yüksək dəyərləndirdiklərini vurğulayıb və qeyd edib ki, bu əlaqələr möhkəm təməllər üzərində dayanıb".ı Heydər Əliyevi həmişə böyük vətənpərvər, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub-saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişik" - bu fikirləri isə Moldova prezidenti Vladimir Voronov bildirib.ı Tacikistan prezidenti İmaməli Rəhmanov isə bildirib ki, müstəqil Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin bərqərar olması, regionda yorulmadan möhkəm sülh axtarışı bütün dünyada Heydər Əliyevə nüfuz və səmimi hörmət qazandırıb: "Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaq". Türkiyənin xarici işlər naziri Abdulla Gül isə ulu öndər haqqında deyib ki, Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkəyə çevrilib.
OXŞAR XƏBƏRLƏR