Dünya ölkələri karantini sərtləşdirir: Çıxış yolu yalnız budur

MARAQLI
13:55 10.07.2020
4267
Dünyanın bir çox ölkələri koronavirusla bağlı məhdudiyyətləri yumşaltdıqdan sonra ciddi problemlərlə üzləşiblər. Məhdudiyyətlərin yumşaldıldığı ölkələrdə COVID-19-a yoluxanların və bu virusdan ölənlərin sayında sürətli artım baş verir.

Mütəxəssislər yoluxma sayının artması səbəbinin yumşaldılma tədbirlərindən sonra insanların qaydalara riayət etməmələri, maska taxmamaları və ya sosial məsafəni gözləməmələrində görür, buna görə də məhdudiyyətlərin tətbiqinin zərurətə çevrildiyini bildirirlər.

Ötən gün ABŞ-da 60 mindən çox yeni yoluxma faktı qeydə alınıb ki, bu da əvvəlki gündəlik göstəricidən bir neçə min çoxdur. Son bir həftədə Birləşmiş Ştatların 30-dan çox ştatında yoluxma hallarının ciddi artımı qeydə alınıb. Həmin ştatların səhiyyə departamentlərinin nümayəndələri bildiriblər ki, xəstəxanalara və reanimasiyaya yerləşdirilən pasiyentlərin sayı xeyli artıb və ciddi çarpayı problemi yaranıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın məşhur infeksionisti Antoni Faucinin fikrincə, hazırda koronavirusla mübarizə aparmaq üçün ən səmərəli yol məhdudiyyətlərin yenidən tətbiq olunmasıdır. O deyib ki, virusun yaratdığı problemlərdən əziyyət çəkən hər bir ştat ciddi məhdudiyyətlər tətbiq etməlidir.

Digər mütəxəssis Əli Xan isə deyib ki, məhdudiyyətlərin tətbiqi yeganə yoldur. Əgər belə olmasa hər şey nəzarətdən çıxa bilər.

Bir neçə həftə əvvəl COVID-19-la bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra Avstriyada da yoluxma halları artmağa başlayıb. İyulun əvvəlindən etibarən ölkədə aktiv yoluxma halları sürətlə artdığına görə rəsmi qurumlar önləyici tədbirlər görməyə başlayıblar. Yuxarı Avstriya federal əyalətinin qubernatoru Tomas Şteltser və Səhiyyə məsələləri üzrə referent Xristine Haberlander bildiriblər ki, pandemiyaya qarşı səmərəli mübarizənin təmin edilməsi üçün məhdudiyyətlərin sərtləşdirilməsi tələb olunur. T.Şteltser əhalinin maskadan istifadə qaydalarına riayət etməsinə nəzarət məqsədilə hətta hərbi qüvvələrin cəlb ediləcəyini də bəyan edib. Vyana şəhərinin meri Mixael Ludviq də yaxın günlərdə COVID-19 qaydalarının sərtləşdiriləcəyini istisna etməyib.

COVID-19-a yoluxma sayında yenidən artım səbəbindən Avstraliyanın Viktoriya ştatının Melburn və daha bir neçə şəhərində təcrid rejimi altı həftəlik müddətə bərpa olunur. Bu ərazilərdə yaşayan insanlara iki nəfərdən çox toplaşmaq, qonaq getmək qadağan olunub. İaşə müəssisələri yalnız evlərə çatdırılma xidməti göstərəcək. Təhsil müəssisələrində məşğələlər dayandırılıb. Karantin zonalarında yaşayan əhali evlərini yalnız işə, həkimə və mağazaya getmək üçün tərk edə bilər.

İsraildə koronavirus infeksiyasının yayılması səbəbindən hakimiyyət yenidən məhdudiyyət tədbirlərinə əl atmağa məcbur olub. İsrailli professor Leonid Eydelman yoluxma hallarının çox olduğu ərazilərdə karantin rejiminin tətbiqinin zəruri olduğunu bildirib. O, təhlükəsiz və kütləvi peyvəndlərin 2021-ci ilin ikinci rübündən tez tətbiq ediləcəyinə inanmadığını qeyd edərək insanları bu virusla yaşamağı öyrənməyə çağırıb.

Fələstin Dövlətinin hakimiyyət orqanları da karantin tədbirlərini sərtləşdirib.

Koronavirusa yoluxma sayında gündəlik sürətli artım Qazaxıstanda da qeydə alınır. Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy bununla əlaqədar ölkədə mövcud karantin rejiminin uzadılmasını istisna etməyib. O, məhdudlaşdırıcı tədbirlərin müddətinin uzadılması ilə bağlı son qərarın karantinin ikinci həftəsinin sonuna yaxın verilə biləcəyini deyib.

COVID-19 pandemiyası ilə əlaqədar avqustun 1-dək Özbəkistanda şəhərlərdə və regionlar arasında nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılır, yaşı 65-dən yuxarı olanlar bir daha özünütəcrid rejiminə keçirlər. Bu qərar ölkədə COVID-19-un kəskin surətdə artması, ölüm hallarının çoxalması ilə əlaqədar qəbul edilib. Bundan başqa, toy və digər ailə şənliklərinin keçirilməsi də yenidən qadağan olunur.

Özbəkistanın Səhiyyə Nazirliyi yanında koronavirusla mübarizə üzrə qərargahın üzvü professor Həbibulla Okilov ölkənin sərt karantin rejiminə qayıtmasının səbəbinin yumşaldılma tədbirlərindən sonra insanların qaydalara əməl etməməsi olduğunu deyib. O bildirib ki, hazırkı vaxtda resurslar tükənir, xəstəxanalar dolur, həkim çatışmazlığı problemi yaşanır. Bütün bunlara görə ölkədə sərt karantin rejiminin tətbiqi zərurətdir.

Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon isə bildirib ki, sürətlə yayılan koronavirusun mövsümi davranışı haqqında hələ də çox şeyi bilmirik. Bütün dövlət xidmətləri, mütəxəssislər, yerlərdəki aidiyyəti şəxslər səfərbər olunub. Vəziyyət hələ də ciddidir. Epidemiyanın yenidən alovlanmasına əsas səbəb insanların davranışıdir. Əgər biz bunun qarşısını almaq istəyiriksə hər kəs gigiyena qaydalarına riayət etməli, fiziki məsafə saxlamalı və tibbi maska taxmalıdır. Bu qaydalara qapalı məkanlarda xüsusi diqqət yetirilməlidir.

İspaniyada da vəziyyət ürəkaçan deyil. Ölkənin şimal-qərb regionunda rəsmilər çıxış yolu kimi məhdudiyyətlərin yenidən tətbiqini görürlər. Ekspertlər hesab edirlər ki, İspaniyada virusa yoluxanların real sayı 2,5 milyondan çoxdur, yəni orta hesabla İspaniya sakinlərinin hər 20 nəfərindən biri COVID-19 xəstəliyinə tutulub. Bundan başqa, 53 minə yaxın tibb işçisi, yəni ölkədəki bütün tibb işçilərinin 10 faizi virusa yoluxub.

Kataloniyanın bir hissəsində də karantin rejimi tətbiq olunub, 210 min insan karantinə alınıb.

Kolumbiyanın Prezidenti İvan Duke ölkədə karantin rejiminin avqustun 1-dək uzadılması barədə qərar qəbul edildiyini bildirib.

Bolqarıstanın hakimiyyət orqanları da fövqəladə vəziyyət rejiminin iyulun axırına qədər uzadılması barədə qərar verib.

Koronavirusun ən sürətlə yayıldığı ölkələrdən biri də Ukraynadır. Yaranmış vəziyyətlə əlaqədar hakimiyyət orqanları ölkə paytaxtının və bir çox vilayətlərin karantin şərtlərinin yumşaldılmasına hazır olmadığını bəyan edib.

Rumıniyada koronavirus xəstələrinin sayının artması hökuməti ciddi narahat edir. Vətəndaşları sanitar normalara riayət etməyə, sosial məsafə saxlamağa çağıran müvafiq qurumlar vəziyyətin kəskinləşməsinin yeni məhdudiyyətlərin tətbiqi ilə nəticələnə biləcəyini bildirib.

Ən ağır vəziyyətin yaşandığı ölkələrdən biri də İrandır. Yoluxanların və ölənlərin sayında gündən-günə baş verən sürətli artımla əlaqədar İranda məhdudiyyətlər yenidən sərtləşdirilib. Ölkə rəsmiləri məhdudiyyətlərin vəziyyətə uyğun olaraq daha da sərtləşdiriləcəyini istisna etməyiblər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:24 13.08.2020

İlham Əliyev: "Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur"

20:59 13.08.2020

“Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur” - Prezident

20:46 13.08.2020

Qadın altı ayda iki dəfə COVID-19-a yoluxub

19:44 13.08.2020

Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq

19:30 13.08.2020

Oğlunu öldürən atanın məhkəməsi başlayır

18:59 13.08.2020

Birinci vitse-spiker: “Yerli icra hakimiyyəti ancaq sui-istifadə hallarına yol verirdi” - MÜSAHİBƏ

18:28 13.08.2020

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - Dosye

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

X Mostbet