Martın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək.
Teatrdan verilən məlumata görə, tamaşada əsas partiyalardan biri olan Cilda partiyasını dünya operasının ulduzu, hazırda Avropa və ABŞ-da çox populyar olan Albina Şaqimuratova ifa edəcək.