Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib
SAĞLAMLIQ
17:34 25.09.2018
6340

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də silsilə tədbirlərlə Dünya Ürək Gününü qeyd edir.

Bu gün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Şağan qəsəbəsində yerləşən 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evində məskunlaşmış uşaqların pediatrik və kardioloji müayinəsi həyata keçirilib. Müayinədən sonra müalicə kursu təyin olunub.

Mərkəzi Klinikanın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.

AÜDCC sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, professor Kamran Musayev bildirib ki, mütəmadi olaraq bu cür xeyriyyə aksiyalarını təşkil edilir:

"Gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün fəaliyyət göstərmək bizim hər birimizin borcudur. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti olaraq biz hər il qocalar evinə və uşaq evlərinə bu cür ziyarətlər həyata keçiririk. 29 sentyabrda bütün dünyada qeyd edilən Dünya Ürək Gününü biz də ənənəvi olaraq qeyd edirik. Bu ilki tədbirlərimiz ilk olaraq Şağan qəsəbəsindəki uşaq evi ilə başladı. Burada məskunlaşmış 170-dən artıq uşaq Xəstəxanamızın həkim briqadası tərəfindən müayinədən keçirildi, onlara uyğun müalicə kursu yazıldı.”

Bu cür aksiyaların bundan sonra da davam etdiriləcəyini bildirən Dr. Kamran Musayev əsas məqsədin müayinə və müalicəyə ehtiyacı olan insanlara yardım etmək olduğunu deyib.

Məlumat üçün bildirək ki, Dünya Ürək Günü ilə əlaqədar növbəti aksiya sentyabrın 28-də Gənclik Mall ticarət mərkəzində baş tutacaq. Daha çox insanın Dünya Ürək Günü ilə bağlı məlumatlandırılması məqsədilə keçiriləcək aksiya zamanı Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən ödənişsiz əsaslarla insanların qan təzyiqi, qanda şəkərin, xolestrolun miqdarı ölçüləcək, ürək-damar xəstəliklərindən qorunmağın yolları haqqında məsləhətlər veriləcək.

Sentyabrın 27-də isə Hyatt Regency otelində KRKA Şirkətinin dəstəyi ilə ürək-damar cərrahları, rezidentlər və gənc həkimlər üçün Dünya Ürək Gününə həsr olunmuş elmi-praktiki seminar təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir