Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Siyahıda Azərbaycandan iki məşqçinın adı yer alıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə olduğu kimi yenə 452-ci yerdə qərarlaşıb. Onun hesabında 1361 xalı var.
"Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk isə 17 pillə irəliləyərək 852 xalla 625-ci yerdədir.
Qeyd edək ki, siyahıya "Real"ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Luis Enrike ("Barselona") 2-ci, Dieqo Simeone ("Atletiko Madrid") isə 3-cüdür.
///qol.az