Dünya üzrə Facebook-da problem yaşandı

DÜNYA
00:53 25.09.2015
1222
Dünya üzrə Facebook sosial şəbəkəsində problem yaşanıb. 
Bakı vaxtı ilə saat 21.30 radələrində təxminən 10-15 dəqiqə ərzində Facebook işləməyib. Avropa ölkələrində yaşayan soydaşlarımızın Musavat.com-a verdiyi məlumata görə, onlar da eyni problemlə üzləşiblər. Problem masaüstü kompüterlərdə, eləcə də, Android və iOS platformalarında müşahidə olunub.
Facebook administrasiyası problemlə bağlı rəsmi açıqlama verməyib. İstifadəçilər yalnız problemin həlli üçün tədbirlərin görüldüyü barədə avtomatik bildiriş alıblar.
OXŞAR XƏBƏRLƏR