‘Dünyada Azərbaycan qədər gözəl bir məkan yoxdur’ - Rəbiyyət Aslanova

SİYASƏT
12:57 18.12.2013
1064

Bəşəriyyət 100 illərdir ki, insan hüquqları ilə bağlı işlər görür və mübarizə aparır.

Uzun zaman keçib, əgər hər kəs özü üçün düşünsə təbii ki, dünyada təhlükəsiz mühit yaratmaq olmaz. AZXEBER.COMxəbər verir ki, bu barədə millət vəkiliRəbiyyət AslanovaBeynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqları haqqında ümumi deklarasiya - 65 il” adlı konfransda çıxışı zamanı dilə gətirib. O bildirib ki, insan hüquqları anlayışı tək özünü düşünmək yox, hər kəsi düşünmək deməkdir: “Deyim ki, bu proses artıq II Dünya müharibəsindən sonra sürətləndi. Çünki artıq dünya anladı ki, bundan sonra bütöv bir sənəd qəbul etmək lazımdır. Bununla da 1948-ci ildə deklarasiya qəbul olundu. Bu sənəd 70-dən çox beynəlxalq konvensiyanın bazasını qoydu. Ancaq deyim ki, bu sənədlərin qəbulu yenə də insan hüquqlarına olan problemləri silmədi. Bu 65 ildə sənədin gücü hər şeyi həll edə bilmədi. Yenə də müəyyən problemlər hər dövr üçün yaşandı. Ölkəmizdə də bu sənəd nəticəsində bir çox müsbət yönümlü qərarlar qəbul olundu. Elə ölüm hökmünün ləğvi buna əyani sübutdur”. R.Aslanova bildirib ki, bu gün dünyanın milli dövlətləri bir sıra təhdidlərə məruz qalırlar. Bunlara siyasi, sosial-mədəni, etnosiyasi, mədəni və geosiyasi təhdidlər daxildir: “Bu gün bir çox qurumlar milli dövlətin içində transmilli olmağa çalışır. Həmçinin, milli dövlətin etnoqrafiyası haqqında yanlış məlumatlar da yayılır və bu artıq ölkələrin qlobal probleminə çevrilib. Azərbaycan da bunlarla mübarizə aparır”. Millət vəkilinin sözlərinə görə, çox sevindirici haldır ki, ölkəmiz dünyanın tolerant ölkələrindəndir: “Dünyada Azərbaycan qədər gözəl bir məkan yoxdur. Azərbaycan vətəndaşı insan hüquqları haqqında yüksək məlumata və böyük sivilizasiyaya malik bir insandır. Bu gün biz dünyanın tanınmış beynəlxalq təşkilatlarına üzvük. Çalışırıq ki, dünyanın 200 ən rəqabətə davamlı ölkələrinin sırasında olaq və hazırda 39-cu yerdəyik”. R.Aslanovanın sözlərinə görə, bu sahədə əsas qiymətverici isə gənclərdir: “Çünki gənclər dövlətin sütununu təşkil edir. Əgər ölkə başçımız sizə inanaraq dövlətin gələcəyini sizin üzərinizdə görürsə deməli siz böyük məsuliyyət daşıyırsınız. Dövlətin öz siyasətində özünü təsdiq sahəsində işlər görməsi çox vacibdir. Azərbaycan 22 ildir bunun üçün hər zaman çalışır. Bu da təbii ki, dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində özünü hər zaman doğruldub və doğruldacaqdır”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 12.02.2025

Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb