Yeni ilin gəlişinə bir neçə gün qalıb. Bu bayram dünyanın bütün ölkələrində qeyd edilsə də, hər bir xalqın özünəməxsus adət-ənənəsi var. AZXEBER.COM bu maraqlı və qeyri-adi adət ənənələrdən bəzilərini öz oxucularına təqdim edir. Yaponiya Bu ölkədə ilin son günündə "Oshogatsu" festivalı keçirilir. Yaponiyada evlər təmizlənir və müqəddəs sayılan əşyaların köməyi ilə oradakı pis ruhlar qovulur. Dekabrın 31-də insanlar diləklərini taxta lövhələrə yazaraq həyətlərində olan iplərdən asırlar. Şotlandiya Şotlandiyada ənənəvi yeni il festivalı olan “Hagmonay” hələ də önəmini qoruyur. Bu özəl gecədə insanlar məşəl yandıraraq pis ruhları qovmaq üçün əllərində alovla gəzirlər. Yeni il gecəsi evin bütün qapı və pəncərələri açıq qoyulur. İnanclara görə, “Cwn Annwn” adlı qara it əvvəlki ilə aid hər şeyi açıq yerlərdən keçərək özü ilə aparır. Şotlandlar bayram gecəsi edilən evlənmə təklifinin uğursuzluq gətirəcəyinə, yeni ildə evə ilk girən şəxsin isə özü ilə uğur və ya kədər gətirəcəyinə inanırlar. Əgər bu adam tünd saçlı və əli hədiyyəlidirsə ev sahibləri onları qarşıda çox yaxşı il gözlədiyinə inanırlar. İspaniya İspaniyada gecə saat 00.00 göstərəndə insanlar 12 gilə üzüm yeyirlər. Çünki bu adətin onlara şans gətirəcəyinə inanırlar. Çin Yeni il ərəfəsində evlərini başdan ayağa kimi silib təmizləyən çinlilər bununla da keçən ildən qalan pis şansı evlərindən atdıqlarına inanırlar. Bir çox çinlilər evlərinin qapı və pəncərələrindən qırmızı parça asırlar. Yeni ildə minlərlə insan aslan və əjdahanın rəqslərini izləyir. Çünki əhdaja çinlilər üçün uzun ömrü və zənginliyi təmsil edir. Braziliya Braziliyalılar da ispanlar kimi yeni il gecəsi 12 üzüm yeyirlər. Onların yediyi üzümün hər giləsi növbəti ilin bir ayının simvolu hesab edilir. Hansı ayın üzümü şirin çıxarsa, o ayın gözəl keçəçəyinə inanırlar. Hindistan Adət, ənənələr bol olduğu Hindistanda Yeni il fərqli şəkildə qeyd edilir. Yeni ildə zənginlik və gözəl bir gələcək gətirəcəyinə inandıqları Tanrı Lakshmiyə ibadət etmək və hər yerdə işıqlar yandırmaq hindlilərin adətidir. Kuba Kubalılar gözəl geyinərək əllərinə boş çemodan alır və evin içində gəzirlər. Bunun yeni ildə onlara bol səyahət etmək imkanı verəcəyinə inanırlar. Venesuella Venesuellalılar yeni il günü sarı alt paltarı geyinirlər. Bundan əlavə onlar Yeni il arzularından ibarət arzularının siyahısını hazırlayırlar. Bir müddət onu saxlayandan sonra isə yandırırlar. Finlandiya Skandinaviya ölkəsi olan Finlandiyada Yeni il ərəfəsində saunaya getmək qədim adətdir. Saatlarla saunada zaman keçirən,y uyunan və tər tökən finlilər bununla da yeni ilə daha təmiz çıxdıqlarını düşünürlər. İsveç Bu ölkədə insanlar bayram günü qab-qacaq və ya qonşularının qapılarını qırırlar.İtaliya İtalyanlar yeni ildə lazımsız köhnə əşyalarını eyvandan çölə atırlar. Onların inancına görə, yeni ildə köhnə hər şeylə vidalaşmaq lazımdır. Bundan əlavə italyanlar yeni il gecəsi qırmızı alt paltarının onlara uğur gətirəcəyinə inanırlar. Fransa