Dünyada ilk oldu: Donuzun böyrəyini insana köçürdülər, o da yaşadı

DÜNYA
12:47 21.10.2021
3574

Bu üsulla orqan problemi yaşayan milyonlarca insanın həyatı xilas ola bilər.

AZXEBER.COM xəbər verir ki, ABŞ-da cərrahlar ilk dəfə donuz böyrəyini insana köçürüb. Orqan transplantasiyası uğurla nəticələnib və böyrək normal fəaliyyətini davam etdirib.

İlkin araşdırmalar zamanı, donuz böyrəyinin tullantıları süzərək, insanın immun sistemi tərəfindən rədd edilmədən sidik istehsal etdiyi məlum olub. Əməliyyatdan əvvəl həkimlər donuz böyrəyinin genlərini xəstəyə uyğunlaşdırıblar. Bu isə böyrək toxumalarını qoruyub və böyrəyin tez bir zamanda özünü bərpa etməsinə şərait yaradıb.

Elm adamları bu vəziyyətin dünyada orqan gözləyən yüz minlərlə insanın həyatını xilas edə biləcəyini açıqlayıb.

Donuzun daha hansı orqanlarının insana uyğunlaşdırıla biləcəyi ilə bağlı araşdırmalar davam etdirilir.

Ayşən


OXŞAR XƏBƏRLƏR