Dünyada mobil telefon istifadəçilərinin sayı məlum oldu

Dünyada mobil telefon istifadəçilərinin sayı məlum oldu
Bütün Xəbərlər
16:13 15.10.2012
1036
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına əsasən, hazırda dünyada 6 milyard insan mobil telefona malikdir.
AZXEBER.COM-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, onların üçdə biri (2 milyarda yaxın) Çin və Hindistan sakinləridir.Təşkilatın məlumatına görə, genişzolaqlı mobil rabitə sürətlə artmaqda davam edir. Habelə smartfonların qiyməti azaldığından insanlar indi bu növ servislərdən daha asanlıqla yararlana bilirlər. “Son il ərzində genişzolaqlı mobil rabitə xidmətlərinin artımı dünyada 40 faizə, inkişaf etməkdə olan ölkələrdə 78 faizə çatıb”, - BTİ-nin məlumatında deyilir.BTİ əlavə edərək bildirir ki, Cənubi Koreya hazırda informasiya-kommunikasiya texnologiyaları sahəsində mütərəqqi iqtisadiyyata malikdir. Bununla belə, 2008-ci ildən 2011-ci ilədək dünyada internetə fərdi evlərdən edilən çıxışların qiyməti 75 faiz azalıb və bunu daha çox inkişaf etməkdə olan ölkələrə şamil etmək olar.
OXŞAR XƏBƏRLƏR