Dünyada neftin qiyməti qalxacaq- ABŞ-ın 2015 proqnozu

Dünyada neftin qiyməti qalxacaq-  ABŞ-ın 2015 proqnozu
DÜNYA
02:07 15.01.2015
2412

ABŞ-ın energetika informasiyası idarəsi neft qiymətlərinə dair bu ilin ilk proqnozunu dərc edib. Sənədə əsasən, neftin orta illik qiymətləri hazırkı göstəricilərdən yüksək olmalıdır. 

AZXEBER.COM AzərTAc-a istinadla xəbər verir ki, idarənin məruzəsində təklif və tələb arasında balansın pozulmasının dünya neft bazarına bundan sonra da təzyiq göstərəcəyi qeyd olunur. Belə ki, hazırda “qara qızıl”ın istehlakı azalır, bununla yanaşı, Birləşmiş Ştatların şist yataqlarında neft hasilatının artması nəticəsində bazarda xeyli miqdarda karbohidrogen ehtiyatı yığılır.

Şist yataqlarının istismarı keçən il Amerikaya hasilatı sutkada 8,7 milyon barrelə çatdırmağa və 1986-cı ildən bu yana rekord göstəriciyə nail olmağa imkan yaradıb. Bununla belə, 2015-ci ildə də “qara qızıl”ın qiymətinin ucuzlaşması ilə əlaqədar şist yataqlarının istismarında son altı ildən bəri ilk dəfə olaraq azalma müşahidə edilməsinə baxmayaraq, ABŞ-ın ümumi neft hasilatı yenə də artacaq.

Qurumun hesablamalarına görə, bu il WTI markalı neftin barrelinin orta qiyməti 54 dollar 58 sent, Brent markalı neftin qiyməti isə 57 dollar 58 sent təşkil edəcək.

ABŞ-ın energetika informasiyası idarəsi, həmçinin ilk dəfə olaraq 2016-cı il üçün proqnozlarını da dərc edib. Qiymətlərdə dönüş gözləyən ekspertlər həmin il WTI markalı neftin barrelinin orta hesabla 71 dollaradək, Brent markalı neftin barrelinin isə 75 dollara qədər bahalaşacağına ümid edirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor nazirliyə etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor nazirliyə etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
13:05 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
13:01 21.05.2025
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
12:57 21.05.2025
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
12:45 21.05.2025
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
12:42 21.05.2025
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
“BakuBus”da ata qızını döydü - VİDEO
12:32 21.05.2025
“BakuBus”da ata qızını döydü - VİDEO
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
12:25 21.05.2025
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
12:21 21.05.2025
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
İlon Maska gözlənilməz zərbə - Şirkətlərinin reputasiyası aşağı düşür
12:11 21.05.2025
İlon Maska gözlənilməz zərbə - Şirkətlərinin reputasiyası aşağı düşür
Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı  AÇIQLAMA
12:11 21.05.2025
Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı AÇIQLAMA
Pakistan məktəb avtobusuna hücumda Hindistanı günahlandırır
12:03 21.05.2025
Pakistan məktəb avtobusuna hücumda Hindistanı günahlandırır
Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasından sosial media istifadəçilərinə MÜRACİƏT
11:58 21.05.2025
Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasından sosial media istifadəçilərinə MÜRACİƏT