Dünyanın 31 ölkəsindən azərbaycanlı gənclər Berlində toplaşdılar - FOTO

GƏNCLİK
13:33 25.03.2013
1760
Berlində fəaliyyət göstərən Azərbaycan Evində dünyanın təxminən 30 ölkəsindən olan və Almaniya Parlamentində fəaliyyət göstərən Beynəlxalq Parlament Təqaüdçüləri, gənc beynəlxalq aktivistlər üçün Novruz bayramı təşkil olunub.ANS PRESS-in məlumatına görə, bayram şənliyi Azərbaycan Evi və Alman-Azərbaycan Gənclər Assosiyasiyasının təşkilatçılığı ilə mart ayının 23-də baş tutub.Tədbiri giriş sözü ilə Alman-Azərbaycan Gənclər Assosiyasiyasinin sədri Rəqsanə Civişova açarag qonaqları salamlayıb və xalqımızın ən əziz bayramı olan Novruz bayramı haqqında məlumat verərək, bu bayramın sülh, dostluq, təbiətin oyanışı, bərəkətlilik bayramı olduğunu söyləyib.Daha sonra isə Azərbaycan Rəspublikasının Almaniyadakı səfirliyinin 1-ci katibi Fikrət Axundov çıxış edərək ölkəmizdə qeyd olunan bayramlar və xalqımıza məxsus olan müxtəlif adət-ənənələr haqqında məlumat verib. Xüsusilə Novruz bayramının Azərbaycan xalqının həmrəyliyində, məişət və ictimai həyatında rolu barədə danışıb.Mərasimdə qonaqlara Azərbaycanın milli Kulinariyasına aid şirniyyat və yeməklər təqdim olunub, milli musiqilər səsləndirilib və rəqslər ifa olunub.Qeyd edək ki, tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları ilə bərabər, rus səfirlyiinin rəsmiləri də qonaq qismində iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR