Dünyanın “ən allahsız” şəhərləri hansılardır?

Dünyanın “ən allahsız” şəhərləri hansılardır?
MARAQLI
20:17 17.06.2019
6197

Elm adamlarının fikrincə, ateistlər əsasən şəhərlərdə yaşayırlar.

Biopsixoloq Naycel Barber ateistlərin aqrar bölgələrdə deyil, əsasən şəhərlərdə yaşadığını deyir. Çünki şəhər iqtisadi baxımdan daha çox inkişaf edib və burada yaşayanlar dinə daha az ehtiyac duyurlar. Alim güman edir ki, 2038-ci ildə əksər ölkələrdə 50%-dən də az insan dinin vacib olduğuna inanacaq, qeyri-dindarların sayı kəskin artacaq.

Bəzi ölkələr artıq bu xətti keçiblər.

 2015-ci ildə "Gallup"un Çində keçirdiyi sorğudan sonra məlum olub ki, Çin dünyada ən az dindar əhalisi olan ölkədir, burada "ateist olduqlarını" deyənlərin sayı 61% olmaqla, rekord həddədir. Qeyri-dindar əhali siyahısında Çindən sonra 31%-lə Yaponiya, 30%-lə Çex Respublikası gəlir. Sorğulara əsasən Qərbi Avropa ən az dindar coğrafiyadır, burada əhalinin 51%-i ya dindar deyil, ya da birmənalı şəkildə ateistdir. Bu cür sorğularda xüsusilə Skandinaviya ölkələri seçilir, İsveç, Danimarka və Norveç ən böyük qeyri-dindar əhaliyə sahib ölkələrdir.

Şəhərlərdə vəziyyət necədir?

Berlin "Avropanın ateist paytaxtı" hesab edilir, belə ki, berlinlinlərin 60%-i özlərini hansısa dinə aid etmirlər.

 Böyük Britaniyada Norviç şəhəri qeyri-dindarlığı ilə seçilir, burada əhalinin 41%-i özünü hansısa dinə aid etmir.

2016-cı ilə ABŞ-da keçirilən sorğular zamanı Portlend, Syetl və San-Fransiskonun Amerikanın ən qeyri-dindar şəhərləri olduğu məlum olub, burada əhalinin 37%-i hansısa dinə qulluq etmədiklərini deyiblər.

Bəs dünyadakı ən qeyri-dindar şəhər hansıdır? Araşdırmalar belə deməyə əsas verir ki, Çinin ən böyük şəhəri olan Şanxay dünyanın ən qeyri-dindar insan mərkəzidir. 24 milyon əhalisi olan şəhər sakinlərinin 86,9%-i özlərini hansısa dinlə əlaqələndirmədiklərini deyiblər. Bu, 21 milyon ateist deməkdir. 

 

 

bilge.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb