Hondurasda dünən baş verən həbsxana yanğınında ölənlərin sayı 359-a çatıb.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi məlumata görə, ölənlərin ailələrinə başsağlığı verən prezident Porfiryo Lobo hadisə ilə bağlı istintaq başladılacağını bildirib.
Faciə səbəbilə ölkədə bayraqlar yarıya qədər endirilib.
Yanğını bir məhkumun törətdiyi güman edilir.
500 nəfərlik həbsxanada 856 məhkumun qalması hadisənin miqyasını daha da ağırlaşdırıb.
Hondurasda 2003-cü ildə də bir həbsxanada yanğın olmuş, 68 nəfər dünyasını dəyişmişdi. 2004-cü ildəki bir həbsxana yanğınında isə 100-dən çox məhkum ölmüşdü. Ancaq bu son yanğın 1930-cu ildə ABŞ-ın Ohayo ştatında 322 məhkumun yanaraq öldüyü faciəni də geridə qoyaraq, ən böyük həbsxana yanğını olub.