Dünyanın ən çox qazanan qadın müğənniləri - REYTİNQ

Dünyanın ən çox qazanan qadın müğənniləri - REYTİNQ
DÜNYA
10:32 16.11.2016
1388
Nüfuzlu Forbes jurnalı 2016-cı ildə dünyada ən çox pul qazanmış sənətçilərin reytinqini açıqlayıb. Reytinqə 26 yaşlı amerikalı müğənni Teylor Svift başçılıq edir.
 
AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, o, il ərzində 170 milyon dollar qazanıb.
 
Ötənilki reytinqdə Svift 80 milyon dollar xalis gəlirlə 2-ci yerdə idi. Bu il onun gəlirlərini 2015-ci ilin mayında başlanmış "1989" konsert turnesi təmin edib. Turnedən əldə olunan ümumi gəlir 250 milyon dollardır.
 
30 yaşlı Ledi Qaqa və 46 yaşlı Merayya Kerri builki reytinqin ilk onluğunda yer almayıblar.
 
Reytinqi təqdim edirik:
 
1. Teylor Svift - 170 milyon dollar
 
2. Adel - 80,5 milyon
 
3. Madonna - 76,5 milyon
 
4. Rianna - 75 milyon
 
5. Beyonse - 54 milyon
 
6. Keti Perri - 41 milyon
 
7. Cennifer Lopes - 39,5 milyon
 
8. Britni Spirs - 30,5 milyon
 
9. Şanayya Tveyn - 27,5 milyon
 
10. Selin Dion - 27 milyon
OXŞAR XƏBƏRLƏR