Dünyanın ən dəhşətli xəstəlikləri - Görənlər ŞOKDA

Dünyanın ən dəhşətli xəstəlikləri - Görənlər ŞOKDA
SAĞLAMLIQ
11:25 13.11.2016
8913
ARB TV-nin "Pəncərə" verilişində maraqlı sujet yayımlanıb.

Sağlam olmaq bəşər övladının ən birinci arzusudur. Amma bu arzu heç də hər zaman üzümüzə gülmür. Bəzən qısa zaman, bəzən isə uzun illərlə hansısa xəstəliyin əsirinə çevrilirik. Bütün hallarda isə ən son ümidimiz həkimlərdir. Sağlam həyatın açarı bir çox hallarda məhz ağ-yaşıl-göy xalatlı xilaskarların beynindədir. 

Amma bəzən insan övladı elə xəstəlikdən əziyyət çəkir ki, xilaskarlar da mat-məəttəl qalır. İndiyə qədər dünya tibb elmini dəhşətə gətirən, çıxılmaz vəziyyətə salan 6-7 min arası nadir xəstəlik aşkar edilib. Nadir xəstəliklərin böyük əksəriyyəti genetik səbəblərdən üzə çıxsa da, əsl səbəblər dəqiq bilinmir və çarəsi də tapılmır. Onlardan bəziləri ilə tanış olaq.

Morgellons xəstəliyi. Dünyada təxminən 14 min insanda rast gəlinib. Dəridə ağrı-qaşıntı yaradır. Adamda dəri altında həşəratlar gəzirmiş kimi bir hiss oyadır. Bu xəstəliyin səbəbinin parazitlərlə bağlı olduğu güman edilsə də, hələ ki, müalicəsi tapılmayıb.  

Digər bəla – Proqeria adlanır. Bu xəstəliyə "80 yaşlı uşaq" sindromu da deyirlər.


Genetik şifrədəki çox sadə bir qüsur hər şeyi alt üst edir, insanın həyatı dəyişir. Orqanların və dərinin sürətlə qocalması müşahidə olunur. Xəstələrin çoxu uzağı 15 yaşına qədər yaşaya bilir. 5 milyonda bir görülən Progeriadan dünyada təxminən 50-yə yaxın adam əziyyət çəkir. Baxırsan ki, siması 70-80 yaşlı qocanın qırışlarıyla örtülüb, amma cəmi 10-12 yaşı var. Dəhşətlidir. 

Bu qadının adı Esterdir. 


Onu 12 il əvvəl bir ağcaqanad dişləyib. Bud nahiyəsini bir xeyli qaşıyan qadın tezliklə həmin ağcaqanadın ağcasına da, qanadına da qarğış yağdırmaya başlayıb. Çünki dişlənən yerin şişkinliyi bütün ayaq nahiyəsinə yayılıb. Getdikcə isə bu elefantiyazis adlanan fil xəstəliyinə çevrilib. Dünyada bu xəstəlikdən 120 milyon insan əziyyət çəkir. İnsanın şişmiş bədən üzvləri fillərdə olduğu kimi nəhəng görünsə də, əslində bu bir parazit xəstəliyidir. Tropik ölkələrdə dişi ağcaqanadlar vasitəsilə yayılır. Biz sözgəlişi qarışqadan fil düzəltmək deyirdik. Sən demə ən qorxulu fil qarışqadan yox, ağcaqanaddan düzəlirmiş.

Bizdə bir söz də var. Deyirik ki, daşdan yumşaq nə olursa yeyirik. 


Amma bunu deyərkən yeməkləri nəzərdə tuturuq. Daha demədik ki, torpaq, yapışqan maddə, kağız, parça və s.-ni də yemək olar. Amma yeyənlər var. Onlar da pika xəstəliyindən əziyyət çəkir. Ehtimal olunur ki, bədəndə mineral çatışmazlığı insanı əlinə keçən hər şeyi yeməyə vadar edir. Amma bunun da dəqiq səbəbi və çarəsi aşkar edilməyib.

Abul Bajandardırı dünya tanıyır. Amma hansısa bacarığına, istedadına görə deyil, xəstəliyinə görə. O, dünyada nadir rast gəlinən bir xəstəlikdən əziyyət çəkir.


Tibb elmində Epidermodisplasia Verruciformis adlanan bu xəstəlik əl və ayaqlarda çıxan ziyillərin şişə çevrilərək böyüməsi nəticəsində yaranır və inkişaf edir. Böyüdükcə də ağac kökünə yaxud gövdəsinə bənzədiyinə görə bu xəstələrin daşıyıcılarına "ağac-adam” deyirlər. Banqladeş sakini olan Bajandar 10 ildir sözün həqiqi mənasında ağac olub qalıb, günü güzəranı yoxdur. Dərdinə çarə bilən də yox idi. Ta keçən il gələn xəbərə qədər. Düz 1 öl öncə Bajandar qardaşa əməliyyat oluna biləcəyi haqda məlumat verirlər. Silsilə əməliyyatlara girən Abul nəhayət 10 ildən sonra ilk dəfə olaraq əliylə yemək yeyə bilib. Həkimlər bu ağacın budağından 5 kiloya yaxın lazımsız məhsulu əməliyyatla götürə biliblər. Bajandar isə ümid edir ki, həkimlər tezliklə bu bəla ağacının kökünü baltalayıb onu birdəfəlik xilas edəcəklər. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı