Dünyanın ən məşhur ulduzlarından biri nişanlandı - FOTO
MAQAZİN
13:20 06.01.2012
4440
Amerikalı müğənni, milyonlarla gənc qızın pərəstişkarı olan aktyor Castin Timberleyk 4 ildən artıq birlikdə olduğu sevgilisi, aktrisa Cessika Biel ilə nəhayət ki nişanlanıb. AZXEBER.COM-un qərb mətbatına istinadən verdiyi məlumata görə, məşhur cütlük nişan mərasimini Montana ştatında Noel şəhərindəki evlərində qohumları və yaxınları ilə birlikdə qeyd edib.Onlar nişanlarının simvolu kimi bir-birinə üzük hədiyyə ediblər.30 yaşında olan Castin Timberleyk özündən bir yaş kiçik olan Cessika Biel ilə aktrisa Kameron Diazdan ayrılandan az müddət sonra 2007-ci ildə “Qızıl Qlobus” mükafatının təqdimatı mərasimində tanış olub.Qeyd edək ki, sevgililər bir müddət ayrılsalar da, yenidən münasibətləri bərpa edərək bir-birlərinə qovuşublar.