Dünyanın ən pis aeroportlarının adları açıqlanıb - SİYAHI

Dünyanın ən pis aeroportlarının adları açıqlanıb - SİYAHI
MARAQLI
23:58 13.06.2017
2608
Küveytin beynəlxalq aeroportu dünyanın ən pis hava limanlarının siyahısına başçılıq edir.
 
AZXEBER.COM  Trend-ə istinadən bildirir ki, siyahını "AirHelp" şirkəti sərnişinlər arasındakı sorğuya əsasən tərtib edib.
 
Ən pis aeroportların siyahısında ikinci və üçüncü yeri Böyük Britaniya hava limanları tutur: Londonun Qatvik aeroportu və Mançester hava limanı.
 
Onluğa ABŞ-ın Nyuark, Hindistanın Mumbay, BƏƏ-nin Dubay hava limanları da daxildir.
 
Bununla yanaşı şirkət ən yaxşı aeroportların da siyahısını açıqlayıb. Siyahıya Sinqapurun Çanqi, Almaniyanın Münhen aeroportu başçılıq edir. Bu siyahıda Moskvanın Şeremetevo aeroportu da 25-ci yerdə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR