Dünyanın ən tüklü qadını olaraq məşhurlaşan Sumatra Susuphan evlənib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, dünyada 50-yə yaxın qadında olan xəstəliyin daşıyıcıların biri olan Sumatra adlı qadın hər gün kişilər kimi təraş olur.
Gənc qadın həddindən artıq saç böyüməsinə səbəb olan Ambras sendromundan əziyyət çəkirdi. Bu xəstəliyin müalicəsi isə yoxdur.
Sumatra "facebook”dakı son paylaşımında evləndiyini və əri ilə xoşbəxt olduğunu bildirib. O, həyat yoldaşının onu qısqandığını deyib.