“Forbes” jurnalı ən yüksək qonorar alan Hollivud aktyorlarının növbəti siyahısını tərtib edib.
AZXEBER.COM xəbər verir ki, reytinqin lideri ardıcıl olaraq ikinci dəfə kiçik Robert Dauni seçilir.Ekspertlərin qiymətləndirməsinə görə, aktyor 2013-cü ilin iyunundan 2014-cü ilin analoji dövrünədək əvvəlki hesabat dövründə olduğu kimi 75 milyon dollar qazanıb.Siyahıda ikinci yer Dueyn Consona məxsusdur. Hesabat dövründə onun gəliri 52 mln. dollar təşkil edib.Üçüncü yerdə ilinə 46 mln. dollar gəlirlə Bredli Kuper qərarlaşıb.Leonardo di Kaprioya dördüncü yer nəsib olub (39 mln.). Jurnal ekspertləri beşinci yeri Kris Hemsvorta (37 mln.) həvalə ediblər.İlk onluğa Liam Nison, Ben Afflek, Kristian Beyl, Uill Smit və Mark Uolberq düşə bilib.