Dünyanın ən varlı cütlükləri kimdir?

Dünyanın ən varlı cütlükləri kimdir?
ŞOU-BİZNES
13:47 11.09.2011
1015
"Forbes" jurnalı məşhurlar arasında ən çox gəliri olan cütlüklərin reytinq cədvəlini açıqlayıb. Birinci yerdə Braziliyalı supermodel Jizel Bündhen və futbolçu həyat yoldaşı Tom Bredi qərarlaşıb. Onların illik birgə gəliri 76 milyon dollar təşkil edib. İkinci yerdə 71 milyon dollarlıq gəlirlə amerikalı müğənni Beyons və reper həyat yoldaşı Jay-Zdir. Hollivudun ən məşhur cütlüklərindən olan Ancelina Coli və Bred Pitt birlikdə il ərzində 50 milyon dollar qazanaraq, siyahıda 3-cü yeri tutublar. Adətən ön sıralarda olan futbolçu Devid Bekhem və Viktoriya Bekhem cütlüyü isə bu dəfə 45 milyon dollarlıq gəlirlə 4-cü yerdə qərarlaşıblar.
OXŞAR XƏBƏRLƏR