Dünyanın gözü Fransada - SƏSVERMƏ

Dünyanın gözü Fransada - SƏSVERMƏ
Bütün Xəbərlər
00:03 24.01.2012
1551

Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin müzakirəsinin getdiyi bir vaxtda bu ölkədə yaşayan türk icması Fransa parlamenti qarşısında etiraz aksiyası keçirib. Türklərlə yanaşı, Fransadakı erməni icması da aksiya keçirib. Aksiyada Fransa prezidenti Nikolya Sarkoziyə dəstək nümayiş etdirilib. Təhlükəsizlik qüvvələri qruplar arasında baş verə biləcək toqquşmaların qarşısını almaq üçün barrikadalar qurub. Fransa Senatı uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanunu qəbul edərək tarixi yenidən yazmağa başlayıb. Fransa hökumətinin son cəhdlərini Avropanın özündə belə bu cür qiymətləndirirlər. “Erməni soyqırımı”nı tanıyan ölkələrdən ilki olan Fransa bu dəfə də qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını və cərimələnməsini istəyir. Baxmayaraq ki, elə bu qanun layihəsi Fransanın konstitusiyasına ziddir. Qondarma soyqırımı inkar edən şəxslərin bir il müddətinə azadlıqdan məhrum edilməsi və 45 avro məbləğində cərimə edilməsini nəzərdə tutulduğu qanun layihəsi bu dəqiqələrdə Fransa senatında müzakirə olunur. Qalmaqallı qanun layihəsinin senat tərəfindən qəbul ediləcəyi ehtimalı böyükdür. Ən azı ona görə ki, qondarma soyqırımla bağlı layihənin qəbul edilməsini arzulayanlar arasında ölkə prezidenti Sarkozi də var. O və Senatdakı Sosialist Partiyasının lideri Fransua Holland 3 ay sonra baş tutacaq prezident seçkilərinə qədər bu qalmaqallı layihənin senatda təsdiqlənməsini istəyirdilər. Qanun layihəsi hələ müzakirəyə çıxarılmamış, rəsmi Ankara Fransanı qəti şəkildə xəbərdar edib. Türkiyə Fransanı iqtisadi və siyasi münasibətlərini bütünlüklə donduracağı ilə hədələyib. Bu gün Strasburqa gələn Türkiyə hökumətinin aparıcı simalarından biri, bu ölkənin baş nazirinin müavini Bülent Arınc Senatdakı səsvermədən əvvəl mətbuat konfransı keçirərək Fransa hökuməti ünvanına kəskin bəyanatlar səsləndirib. Bülənd Arınç bildirib ki, Türkiyə Fransanı örnək olan bir ölkə kimi görüb və iki ölkə arasında münasibətlərin səviyyəsi həmişə yaxşı olub: “Təəssüf ki, bu gün çıxarılan yanlış qərarlar bu münasibətləri pozmaqdadır. Fransa Senatında müzakirə olunan qanun layihəsi söz azadlığına kökündən zərbə vurur. Bu qanun habelə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarına və Avropa Məhkəməsinin çıxardığı qərarlara ziddir”. B. Arınc vurğulayıb ki, xaricdə yaşayan erməni diasporu soyqırımı iddiasını ortaya atıb: “Fransa parlamentinin tarix yazmaq istəyini heç cür anlaya bilmirik və hesab edirik ki, bu işlə tarixçilər məşğul olmalıdır. Ancaq bu gün bu məsələlər Fransada daxili siyasi məqsədlər üçün istifadə olunmaqdadır. Bu addımlar Fransanın tarixinə, keçmişinə yaraşmır. Amma ümid edirik ki, bu gün Senatda qanun layihəsinin müzakirəsində bu yanlışlıq aradan qalxacaq. Əks halda, qanun layihəsi qəbul olunarsa, Fransa-Türkiyə münasibətləri bundan çox ciddi zərər görəcək”. Maraqlı bir təsadüf də odur ki, bu gün Avropanın mötəbər qurumlarından biri Avropa Şurası Parlament Assambleyasının rəhbər şəxsi olan, əslən türk Mövlud Çavuşoğlu öz postunu fransalı deputat Jan Klod Minyona təhvil verib. Qondarma erməni soyqırımı iddialarının qəti tərəfdarı olan fransız diplomat bununla belə yeni qanun layihəsini dəstəkləmədyini açıqlayıb. Jan Klod Minyon ANS-ə bildirib ki, fransalı deputat olaraq, Fransa Milli Assambleyasının bir qrup deputatı tərəfində irəli surulən bu qanun təklifinin qəbul olunmasına tamamilə qarsıdır: “Bir qanun layihəsi Ermənistanın və o cumlədən “erməni soyqırımı”nı tanımalı olan Türkiyənin problemini həll etməyəcək. Tarixi yazmaq deputatların isi deyil. Bununla tarixçilər məsgul olmalıdır. Mənim ölkəm kecmisdə baş verən bəzi səhvlərini qəbul edib. Arzu edirəm ki, Türkiyə də öz növbəsində illər kecdikdən sonra belə adekvat mövqe sərgiləmək haqqında düşünsün”. Azərbaycan isə bu qanun layihəsini insan haqlarının kobud şəkildə pozulması kimi qəbul edir. ANS-ə müsahibə verən Azərbaycanın Avropa Şurasındakı Nümayəndəliyinin rəhbəri Arif Məmmədov bəyan edib ki, Fransa hökuməti qanunla tarix yazmamalıdır. Əks halda, bu addım Fransanın beynəlxalq sülhsevər dövlət kimi rolunu şübhə altına ala bilər. A.Məmmədovun sözlərinə görə, ilk növbədə bu, söz azadlığının məhdudlaşdırılmasına yönələn qanun layihəsidir: “Əlbəttə, Fransa bir Avropa ölkəsi kimi, söz azadlığına zidd olan bu qanun layihəsini qəbul etməməlidir. Biz hamımız anlayırıq ki, bu, seçkiöncəsi siyasi bir hadisədir və bunun üçün atılan bir addımdır. Ancaq Fransa bir Avropa ölkəsi kimi və Avropa insan hüquqları dəyərlərinə sadiq ölkə kimi bu addıma getməməlidir”. Qeyd edək ki, qanun layihəsi qəbul edildikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək.

Ans Press

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İnkluziv təhsil: inkluziv təhsilə pedaqoji, tibbi və psixoloji yanaşma – 3” adlı konfrans keçirildi - FOTOLAR
16:06 07.04.2026
“İnkluziv təhsil: inkluziv təhsilə pedaqoji, tibbi və psixoloji yanaşma – 3” adlı konfrans keçirildi - FOTOLAR
Valideynlərə vacib xəbər - Aprelin 15-dək...
16:04 07.04.2026
Valideynlərə vacib xəbər - Aprelin 15-dək...
İsrailin İstanbul Konsulluğuna hücumun ANBAAN GÖRÜNTÜLƏRİ
15:28 07.04.2026
İsrailin İstanbul Konsulluğuna hücumun ANBAAN GÖRÜNTÜLƏRİ
Bu ərazilərdə ev tikmək qadağandır - SİYAHI
15:12 07.04.2026
Bu ərazilərdə ev tikmək qadağandır - SİYAHI
Bu şəhərdə pensiyalar ödənildi - RƏSMİ
15:07 07.04.2026
Bu şəhərdə pensiyalar ödənildi - RƏSMİ
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşın həbs müddəti uzadıldı
14:49 07.04.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşın həbs müddəti uzadıldı
Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş - Foto
14:46 07.04.2026
Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş - Foto
Prezident Muhsin Şentürkü qəbul etdi - Fotolar
14:29 07.04.2026
Prezident Muhsin Şentürkü qəbul etdi - Fotolar
"Dövlət başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək"
14:27 07.04.2026
"Dövlət başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək"
Çində yeni təhlükə: Gözə zərər verən virus aşkarlandı
14:08 07.04.2026
Çində yeni təhlükə: Gözə zərər verən virus aşkarlandı
Pezeşkiyandan cəsarətli bəyanat: "Canımı fəda etməyə hazıram"
14:06 07.04.2026
Pezeşkiyandan cəsarətli bəyanat: "Canımı fəda etməyə hazıram"
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
13:49 07.04.2026
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
13:36 07.04.2026
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
13:26 07.04.2026
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
Sabah hava necə olacaq?
13:21 07.04.2026
Sabah hava necə olacaq?
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
13:20 07.04.2026
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR