Pakistanın paytaxtı İslamabadda ABŞ və İran təmsilçiləri arasında həm birbaşa, həm də vasitəçilərin iştirakı ilə iki fərqli formatda müzakirələrin baş tutacağı planlaşdırılır.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı öz mənbələrinə əsaslanaraq paylaşıb.
Məlumata əsasən, ilk mərhələdə tərəflər müzakirə olunacaq məsələlərin gündəliyini vasitəçi rolunu oynayan Pakistan rəsmilərinin köməyi ilə razılaşdıracaqlar. Telekanalın mənbələri bildirirlər ki, bu mərhələdən sonra nümayəndələr bilavasitə danışıqlara başlayacaqlar.
Amerika Birləşmiş Ştatları və İran arasındakı bu təmaslar aprel ayının 11-də İslamabad şəhərində, Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi altında reallaşacaq. ABŞ tərəfindən heyətə vitse-prezident Ceyms Devid Vens başçılıq edəcək. Qrupa eyni zamanda xüsusi nümayəndə Stiv Uitkoff və ABŞ dövlət başçısının kürəkəni Cared Kuşner də daxil edilib.
İran heyətində isə ölkənin xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Bağır Qalibafın yer alacağı proqnozlaşdırılır.
Bildirilir ki, hər iki ölkənin nümayəndə heyətləri artıq Pakistanın paytaxtına çatıblar.
Oxu.Az











































